26.05.2012 [11:33] - Xəbərlər
Ötən gün İranın hərbi gəmilərinin Xəzər dənizində Azərbaycanla su sərhədinə gəldiyi haqqında məlumat yayılmışdı.İranın hərbi gəmiləri Azərbaycanla su sərhədinə düzülüblər. Teleqraf.az-ın Astara rayon üzrə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən İranın hərbi gəmiləri Azərbaycanın su sərhədinə yaxınlaşıblar
“Gəmilər sərhədə o qədər yaxındırlar ki, biz sahildə dayanıb onları görə bilirik. Hazırda 6 gəmi görünür və oyan-bu yana üzürlər” – deyə müxbir bildrib.
Sözügedən xəbərlə bağlı bu gün redkasiyamıza daha bir informasiya daxil olub. Astara sakinlərinin verdiyi məlumata görə, mayın 25-də İrana məxsus hərbi gəmilər Azərbaycanın ərazi sularına daxil olublar. Sahilə doğru hərəkət edən gəmilərə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər tərəfindən xəbərdarlıq edilib. Bundan sonra İran gəmiləri geri dönüblər.
“Biz balıqçı qayığı ilə açıq dənizdə çıxmışdıq. İrana məxsus gəmilərin sahilə tərəf gəldiyini gördük. Daha sonra bizim gəmilər də onlara tərəf hərəkət edirdi. Sonra İran gəmiləri geri döndülər”
Qeyd edək ki, faktı dəqiqləşdirmək üçün Dövlət Sərhəd Xidməti və Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxladıq. Heç bir qurumdan məsələ ilə bağlı açıqlama ala bilmədik.

Bu xəbər oxucular tərəfindən 1131 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |