Şrift:
Türkiyə Azərbaycanda müdafiə sənayesi ofisi açır
17.10.2011 [21:58] - Hərb
Bakıda Türkiyə müdafiə sənayesi ofisinin açılması planlaşdırılır. Bu barədə APA-ya eksklüziv açıqlamasında Türkiyə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad Bayar bildirib.

Konkret tarix söyləməyən M. Bayar ofisin açılışının yaxın vaxtlarda baş tutacağını deyib.

«Biz əslində Bakını ölkəmizin bir parçası kimi görürük və şirkətlərimizin burada ofisləri var. Əlaqələrimiz inkişaf etdikcə, burada müdafiə sənayesi ofisinin açılışı da mümkün olacaq. Onu da deyim ki, ofisin açılması bizim üçün təcili layihə deyil. Bu layihə uyğun zamanda həyata keçiriləcək», - deyə M. Bayar əlavə edib.

Bayar Bakıda açılacaq ofisin Azərbaycan və Gürcüstan da daxil olmaqla, Cənubi Qafqaz, həmçinin bütün Mərkəzi Asiyanın türk respublikaları üçün regional mərkəz olacağını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed