26.05.2012 [11:45] - Güney Azərbaycan xəbərləri
Son günlərdə keçirilən kütləvi etirazlar günü tutuqlanan öyrənci Əfsanə Tuqir, Behnam və Bəhram Cəfərinin Təbriz zindanından səsləri gəlir.Azərbaycanlı öyrənci fəalların ailəsinin müraciətlərindən sonra onlar barədə yeni xəbər əldə etmək mümkün olub. məlumata görə, Təbriz universitetinin öyrəncisi xanım Əfsanə Tuqir öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb və Təbriz zindanında saxlanıldığını bildirib. O, hələ gələn həftənin ortalarına qədər saxlanılacaq.Təbrizin İnqilab məhkəməsi və zindan məsulları, onlara müraciət edən Behnam və Bəhram qardaşlarının atasına bildiriblər ki, “sizin övladlarınız qanunsuz saytlara giriblər və ona görə də hələ saxlanılmalıdırlar. Onlar yaılnız gələcək həftə içində azad edilə bilərlər”.
Bu xəbər oxucular tərəfindən 1402 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |