Şrift:
Hillari Klinton Azərbaycana gəlir
26.05.2012 [13:36] - Siyasət
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dövlət katibinin səfəri iyunun 6-na planlaşdırılır.ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək. Bunu Dövlət Departamentinin (xarici işlər nazirliyi) sözçüsü Viktoriya Nuland mətbuat üçün açıqlamada bildirib.Səfər zamanı Hillari Klinton Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, vətəndaş cəmiyyətinin liderləri ilə görüşlər keçirəcək.Azərbaycana səfər etməkdən öncə Klinton iyunun 4-də Ermənistana, iyunun 5-də isə Gürcüstana səfər edəcək. Dövlət katibi bu ölkələrin Prezidentləri və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.
Bu xəbər oxucular tərəfindən 1309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed