Şrift:
İllik hesabat: “2011-ci ildə İranda edamlar, həbslər, təzyiq və zorakılıqlar geniş vüsət alıb”
26.05.2012 [13:51] - Güney Azərbaycan xəbərləri
İllik hesabat: “2011-ci ildə İranda edamlar, həbslər, təzyiq və zorakılıqlar geniş vüsət alıb”


ABŞ Dövlət Departamentinin (Amerika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi) dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatının İrana aid hissəsində deyilir ki, 2011-ci ildə bu ölkədə edamlar, həbslər, təzyiq və zorakılıqlar geniş vüsət alıb.

Hesabatda İranda güney azərbaycanlıların hüquqlarının pozulmasından da bəhs edilir. Bildirilir ki, hökumət rəsmiləri 2011-ci il martın (March) 21-dən sentyabrın 21-dək azərbaycand əyalətlərində 320 nəfər azərbaycanlı fəalı, o sıradan da milli və siyasi fəalları, qadın hüquq müdafiəçilərini həbsə salıb.

Hesabatda deyilir ki, İran ötən il ərzində milli azlıqlarla bərabər dini azlıqlara, konkret (müşəxxəs) bəhailərə qarşı da repressiyaları (sərkubları) davam etdirib. Təqaüdə çıxmış bəhailərin pensiyaları (bazneşestəgi hüququ) ləğv olunub, onların qəbiristanlıqları dağıdılıb, əmlakları mənimsənib.

Hesabata görə, İranda seksual azlıqlara qarşı təzyiq güclənib. Qeyd olunur ki, 2011-ci il sentyabrın 4-də İranın Xuzistan əyalətindəki Karun zindanında homoseksual olduğuna görə 3 nəfər dar ağacından asılıb.

Hesabatda 2011-ci ildə İranda 659 nəfərin edam edildiyi bildirilir. Hesabata görə, bu edamların bəzisi kollektiv şəkildə və gizli yollarla həyata keçirilib. Edam olunanlar arasında yetkinlik yaşına çatmayanlar da olub. Belə şəxslərin bəziləri hökuməti və dini lideri təhqir etməkdə günahlandırılıb.

Hesabatda azad fikirli jurnalistlərə və incəsənət adamlarına qarşı təqiblərin davam etdirildiyi də vurğulanır.
Bu xəbər oxucular tərəfindən 2033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed