17.10.2011 [22:04] - Xəbərlər
Moskvada Dairəvi avtomobil yolunun 14-cü kilometrində «Sadovod» bazarının yaxınlığında azərbaycanlılar və şimali qafqazlılar arasında travmatik silahlardan istifadə olunmaqla kütləvi dava baş verib. Bu barədə «İnterfaks»a Moskva hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Dava bir qrup azərbaycanlı ilə iki nəfər şimali qafqazlı arasında mübahisə ilə başlayıb. Mübahisədən sonra hadisə yerindən çıxıb gedən şimali qafqazlılar bir müddətdən sonra bir qrup həmyerliləri ilə qayıdıblar.
Travmatik silahlardan istifadə olunmuş davada hər iki tərəfdən 20-yə yaxın şəxs iştirak edib. Dava nəticəsində 7 nəfər xəsarət alıb.
Moskva polisi hadisə iştirakçılarını həbs etmək üçün tədbirlər görür.

Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |