Şrift:
Toji: “Mən təmiz türkəm və damarımda türk qanı axır”
26.05.2012 [14:38] - Gündəm
“Mənim fars olmağımla bağlı deyilənlər yalandır. Mən təmiz türkəm və damarımda türk qanı axır”

Bu sözləri açıqlamasında “Eurovision-2012” mahnı müsabiqəsində Norveçi təmsil edən Toji ləqəbli Toojay Keshtgar bildirib.
“Hamı bilir ki, mən Güney Azərbaycanın Şiraz şəhərindənəm. Bu şəhərdə yaşayanların əksəriyyəti Toqay türkləridir. Həmçinin mən də Toqay türküyəm”.
Daha sonra Toji əlavə edib ki, Azərbaycanda olmaqdan qürur hissi keçirir.
“Mən vətənimdəyəm. Bunun üçün həm qürurlu, həm də sevincliyəm. Azərbaycanı çox sevirəm. Bakı çox gözəldir. Dünyanın və Avropanın istənilən şəhəri ilə gözəllikdə rəqabət apara bilər”//Vətəninfo//
Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed