26.05.2012 [14:45] - Sosial
Güney Azərbaycan Forumu ilə bağlı ittihamlara konkret cavab!
Ankarada Güney Azərbaycanla bağlı keçirilən forumla bağlı müzakirələr səngimir. Orda baş verənlərin əks-sədası hələ də mətbuatda və sosial şəbəkələrdə dartışılır. Toplantının yığıncağa ev sahibliyi etməli olan “Sürməli” oteldən 200 metr aralıda yerləşən başqa bir oteldə keçirilməsi, Azərbaycan nümayəndə heyətinin arasında daha çox iqtidar düşərgəsinin təmsilçisinin olması, Güney məsələsindən xəbəri olmayan gənclərin də tədbirə qatılması və sair məsələlər hələ də ciddi şəkildə müzakirə olunmaqdadır.
Ortada xeyli ittihamlar da var. Azərbaycan nümayəndə heyətinin bir neçə üzvü özünü forumun təşkilatçısı kimi təqdim edən Aynur İmranovanın forum iştirakçılarından yığılan pulları mənimsəməkdə ittiham edib. “Yeni Müsavat”ın əməkdaşı Aygün Muradxanlı qəzetdə forumla bağlı tənqidi yazı yazdıqdan sonra Xaliq Bahadır, Zümrüd Yağmur kimi yazarlar da öz məqalələrində tədbirin təşkilinə yönəlik tənqidlər səsləndiriblər. Həmçinin Azərbaycan nümayəndə heyətinin 10-a yaxın üzvü baş verənlərlə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
Məsələlərdə daha çox adı hallanan Aynur İmranova əməkdaşımıza verdiyi açıqlamada bir neçə dəfə sözügedən tədbirin təşkilatçısı olmadığını, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə nümayəndə olduğunu vurğulayıb. Onun sözlərinə görə, onun burada işi mətbuat açıqlamalarını yaymaqdan ibarət olub. A.İmranova ona qarşı irəli sürülən tənqid və ittihamlarla razılaşmır, “Bunlar ciddi bir forumun işinə kölgə salmaqdır, bir neçə nəfərin qarın davasıdır”,- deyib yaranmış mübahisələrə münasibətini bildirib.
A.İmranova qeyd edib ki, forum iştirakçılarından 3-4 nəfərdən başqa digərləri narazılıq etmir: “Onlardan başqa hamı razılıq edir. Əslində problem tədbirin keçirilməsinin Ankara valiliyi tərəfindən qadağan olunmasıdır. Valilik tərəfindən məktub gəldi ki, tədbirin ”Sürməli" oteldə keçirilməsi uyğun görülmür. Biz tədbiri başqa oteldə keçirməli olduq. Mənə qarşı səslənən fikirlər qərəzdən irəli gəlir. Ümumilikdə 5 min dollardan az pul yığılıb. 51 nəfərdən 7 nəfəri ümumiyyətlə pul verməyib. 10 mini necə yeyə bilərəm? Orada pulun az hissəsini mən yığmışdım, qalan pullar Ramin Hacılı tərəfindən yığılıb siyahı ilə Camal Mehmethanoğluna verilib. Orada millət vəkilləri, keçmiş nazirlər də tədbirə qatılmışdı. Onlar da bizimlə birgə dönər yedi, ancaq bu barədə harada gəldi danışmadılar. Forum ciddi bir tədbir idi. 50-dək təşkilatı birləşdirən konsey yaradıldı. Burada 3-4 nəfərin qarın davası var, bunu ictimailəşdirmək lazım deyil. Camal Mehmethanoğlu mayın 28-də Bakıya gəlib onların hamısının pulunu qaytaracaq. Problem tədbirin qadağan olunmasından qaynaqlanıb. Hətta forum keçirdiyimiz yeri polis basdı, ondan tədbiri yekunlaşdırmaq üçün 1 saat vaxt istədik. İki günlük tədbiri 5-6 saat ərzində keçirməli olduq. Biz tədbirə xərclənən pulların hesabatını forumla bağlı hazırlanan saytda da yerləşdirəcəyik".
A.İmranovanın sözlərinə görə, gənclərin tədbirdə iştirakı onların maariflənməsi məqsədi güdürdü: “Ancaq həmin gəncləri də mən dəvət etməmişdim. Tədbirdə güneylilərə söz verilməməsi də yalandır, işimizə kölgə salmaqdır. Güneylilər tədbirdən çox razıdırlar. Haqqımızda deyilənlər forumun işinə kölgə salmaqdır. Gördüyümüz işlər, işimizin nəticəsi tezliklə görünəcək. Biz orada Avropadan, Rusiyadan, Cənubi Azərbaycandan və Şimali Azərbaycandan gələn qonaqların əliboş geri gönməməsi üçün, bir nəticənin əldə olunması üçün çalışırdıq. Orada kimin nə yeməsi, beş ulduzlu deyil, üç ulduzlu oteldə yerləşdirilməsi mühüm məsələ hesab edilmirdi. Hətta orada professor Firudin Cəlilov konfransı Ankarada açıq parklardan birində keçirməyi də təklif verdi. Çünki hamı bu məsələnin mühümlüyünün fərqində idi. Cənubi Azərbaycan kimi mühüm məsələni qoyub Azərbaycandan gələn kiçik bir qrupun yerləşdirilməsi problemini önə çəkməyi təşkilat komitəsindən gözləmək məntiqsizdir”.
Tədbirin təşkilatçısı İzmir Azərbaycan Kültür Dərnəyinin başçısı Camal Mehmethanoğlu ilə də əlaqə saxladıq. O bildirdi ki, forum ilə bağlı hər hansı bir problem yaranmayıb: “Tək problem tədbirin yasaqlanması, qadağan olunması idi. Ancaq biz bu məsələni forumu başqa bir oteldə keçirərək həll etdik. ”Yeni Müsavat" qəzetinin əməkdaşının öz problemləri var, bunları oxuyuram. Ancaq forumla bağlı hər hansı bir problem yoxdur". Camal Mehmethanoğlu bu cür məsələlərin şişirdilib mətbuatda yazılmasının əleyhinə olduğunu da vurğuladı: “Məncə bu məsələni çox yazıb formula bağlı rəyi korlamağa çalışmaq lazım deyil. Aygün xanımın hər hansı bir məsələsi varsa, mən bir həftəyə Bakıda olacam və bu məsələni həll edəcəm. Qoyun öz işimizi görək, şəxsi məsələləri ön plana çıxararaq, əməyimizi, işimizi heç etməyə çalışmayın”.
R.RƏFİYEVA

Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |