Şrift:
HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ
02.10.2017 [14:14] - Gündəm, DAVAMın yazıları
HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ

və yaxud

o dünyadan bu dünyaya baxış




Yeni doğulmuş uşaq, sizcə, neçə il yaşaya bilər?

100 il?

120 ?

Alimlər uzunömürlükdə gen faktorunu araşdırırlar .

100 yaşını haqlamış insanların sayı olduqca çoxdur. Əslində indi çox sayda sağlam yaşlı insanlar var ki, biz onlara yaşlı deyil , yaxşı qalmış deyə bilərik . 80 yaşından yuxarı elə insanlar var ki, bu qrup insanlar heç vaxt qan təzyiqi, ürək xəstəliyi, şəkərli diabetdən şikayətlənməyiblər, dərmanın nə olduğunu bilmirlər.

Bir çox elmi tədqiqatlar göstərir ki, bəzi ərazilər üçün sağlam yaşlılıq səciyyəvidir . Buna misal olaraq Cənubi İtaliyada Kalabria və Yaponiyada Okinava adasını misal göstərmək olar .

Kalabriyanın Moloçio adlı kiçik kəndinin təxminən 2000 əhalisi var.Bu sakinlərdən 8-i 100 yaşı keçib. Tədqiqatçılar bu insanlardan uzunömürlülüyün sirrin soruşanda cavab, demək olar ki , həmişə eynidir :

"Mən meyvə və tərəvəzi çox sevirəm! Hər şey yeyirəm, amma az- az . Nə alkol qəbul edirəm, nə də ki, siqaret çəkirəm !"



Əvvəllər tədqiqatçılar uzunömürlüyün sirrini pəhriz və həyat tərzi ilə əlaqələndirsələr də, amma indi gen faktoru üzərində dayanırlar. Erik Topol adlı bir tədqiqatçı yazır: "Uzun ömür sürən insanların sirri yaşlanmanın qarşısın alan, bu prosesi ləngidən genlərlə bağlıdır".

Ekvadorda çoxları üçün maraqlı olan bir qrup insan yaşayır . Bu insanlar Laron sindromu daşıyıcısıdır. Bu xəstəliyin daşıyıcılarının əlamətləri bunlardır-boyları təxminən 1 metr olur. Onları xərcəng və diabetdən qoruyan da budur.Onlar ailədəki digər şəxslərdən daha çox yaşayırlar .

Havay adalarında uzunömürlü digər qrup insanlar Yapon - Amerikanlar var . Bu sindrom da Laron sindromuna bənzəyir. Bu xəstəlikdə kişilər daha şanslıdırlar .

Avropada 100 yaşı keçmiş qadınların sayı 100 yaşlı kişilərin sayından 5 dəfə çoxdur .

Və sonda uzunömürlülüyün sirri nədir ?

1. Gen

2. Ətraf mühüt

3. Şans

Vallah, çox yaşamaq da bir nəsnə deyil.Adam gərək heç kəsi bezdirmədən öz yerini bilsin.

Yeriniz sizlərə məlumdurmu,ağalar?



Nazim Nəsrəddinov,

Azərbaycan Respublkasının əməkdar müəllimi.

02.10.2017.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed