Şrift:
Fərəc Quliyev: Azərbaycan ərazilərinin Kürdüstan ərazisi kimi göstərilməsinə susqunluq nümayiş etdirə bilmərik
02.10.2017 [14:47] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev parlamenti “İraq Kürd muxtariyyatında ” keçirilmiş referendum məsələsinə dair xüsusi iclas keçirməyə çağırdı

Milli Məclisin 2017-ci ilin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 3 mühim məsələ ilə bağlı Parlamentin ayrıca iclaslarının keçirilməsini təklif etdi.

1. Şimalı İraq Kürd Muxtariyyatının müstəqillik referendumu keçirməsinə Milli Məclisin münasibət bildirməsi;
2. Qarabağ dinləmələrinin keçirilməsini;
3. Büdcə talanmalarının müzakirəsi.

Fərəc Quliyevin həmin çıxışının mətnini və səs yazısını təqdim edirik:


"Təşəkkür edirəm, cənab sədr!
Hörmətli sədr, hörmətli kolleqalar mən də hamınızı payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm, işlərinizdə uğurlar arzu edirəm.

Hörmətli Oqtay müəllim öz çıxışında bildirdi ki, parlamentimiz keçən dövr ərzində çox səmərəli çalışıb ,hətta yay tətili dövründə belə çox ciddi fəaliyyət göstərib, çox ciddi görüşlərə nail olubdu. Bizim parlament taleyüklü məsələlərdə heç vaxt kənarda qalmayıb. Ona görə mən müzakirə olunan qanunvericiliklə bağlı iş planına baxanda təqdir edirəm ,çox normal məsələlər salınıbdı. Bir neçə məsələnində payiz sesiyasında müzakirəsini məqsədə uyğun hesab edirəm.

Onlardan birincisi İraqda Kürd Muxtariyyatında keçirilmiş referendumla bağlı məsələyə olan münasibətdir ki, bunun bizə birbaşa dəxli vardır. Referendumdan dərhal sonra Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş” hökümətin “ bu referenduma müsbət münasibəti oldu. Bərzaniyə bağlı televiziyalarda da dərhal bu münasibət bir neçə dəfə işıqlandırıldı. Üstəlik bundan bir müddət keçəndən sonra yenə həmin televiziyalarda Azərbaycan ərazilərinə iddialar olurdu. Naxçıvan ərazisi Kürdüstan ərazisi kimi göstərilirdi. Biz belə məsələlərdə təbii ki susqunluq nümayiş elətdirə bilmərik. Həm atılan o addımlara görə, həm kürd televiziyasında göstərilən Azərbaycan ərazilərinə edilən o iddiaya görə, Kərkük türklərinin rəhbərlərinin Azərbaycanında daxil olmaqla bütün Türk Cümhuriyyətlərinin rəhbərlərinə müraciətinə görə , Türkiyə ilə müttəfiq olduğumuza və Türkiyə ərazilərinin, Türkiyənin siyasətinin təhdid altına düşdüyünə görə. Və gördüyümüz kimi Azərbaycanın özünə qarşı da birmənalı şəkildə təhdidin başlanmasına görə bizim bu məsələ münasibətimiz olmalıdır. Mən kolleqanız Vahid müəllimin dediyi kimi Rusiya senatoruna münasibəti də bildirim ki, o da bu məsələlərdən ruhlanaraq Dağlıq Qarabağla bağlı Azərbaycanin suverenliyinə zidd ifadələr işədibdi.

Hesab edirəm ki, biz gündəliyimizdə həm bu məsələni, həm də Kataloniyada olan referendumla bağlı ayrıca bir iclasda müzakirə aparmalıyıq. Gələcəkdə Dağlıq Qarabağ məsələsində biz əgər dəstək almaq istəyiriksə, biz bugün İspaniyanı, Türkiyəni müdafə eləməliyik. Bu məsələlərdə ən azından Azərbaycanın adı keçdiyi üçün susqunluq nümayiş elətdirmək mümkün deyil.

İkinci məsələ isə mən hər il parlamentdə bu məsələnin gündəliyə salınmasını xahiş edirəm. Dağlıq Qarabağla bağlı məsələnin, xüsusi olaraq bir dinləmənin olmasını yenə də təklif edirəm. Hesab edirəm ki, şərtlər indi dəyişib və biz parlament olaraqdan bu məsələ ilə bağlı bir dinləmə keçirməyimiz (lap qapalı olsa belə) vacib hallardan birisidir.

Üçüncü isə avantürist layihələr ilə götürülmüş kreditlərlə büdcə talamaları ilə bağlı biz burda dəfələrlə müzakirələr aparmışıq və bu məsələyə münasibətlər bildirilibdi. Amma bu məsələnin nə yerdə olması, o vəsaitin geri qaytarılması , büdcədən başqa vəsaitlərin oğurlanması ilə bağlı müzakirələr aparılması üçün də xüsusi bir iclasın keçirilməsini vacib hesab edirəm. Bu iclasda Baş Prokurorluğun, Korrupsuyaya qarşı Mübarizə İdarəsinin, eyni zamanda Mərkəzi Bankın nümayəndələrinin də deputatlara məlumat verməsi məncə məqsədə uyğun olar. Mən bir daha işlərinizdə uğurlar arzu edirəm.
Təşəkkür edirəm"

Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed