03.10.2017 [10:09] - Hüquq
Milli Məclisin bu gün keçirilən iclasında cari il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərlə bağlı prezidentin etirazı ilə bağlı qərar layihəsinə baxılıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyə məqsədəuyğun hesab olunub.
Məsələ ilə bağlı fikir bildirən deputat Zahid Oruc bildirib ki, parlamentdə dəfələrlə dövlət qulluğu ilə bağlı düzəliş və dəyişikliklər qəbul edilib.
“Bu gün 34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu o deməkdir ki, insanların universiteti necə qurtarmasından asılı olmayaraq, bu yerlər boş qalır. Azərbaycan insanının işə necə ehtiyacı olduğunu bilirik”.
Deputat deyib ki, biz bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük. “Rusiya isə federal dövlətdir Biz unitar quruluşa malikik. Hesab edirəm ki, biz bu təsnifata yenidən baxmalıyıq”.
Spiker isə deyib ki, dövlət qulluğu ilə bağlı hesabat verilir .
“Hər il nə qədər insan işə qəbul olunur, nə qədər insan pensiyaya çıxırsa, bununla bağlı hesabat verilir. 2000 yerin boş olduğunu heç kim deyə bilməz. Əgər hesabat verilmirsə, bu qədər yerin boş olduğunu necə bilirsən?”.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Dövlət başçısının etirazına səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.
Bu siyahıya əsas səlahiyyətləri Konstitusiyanın 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxildir.

Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |