18.10.2011 [10:00] - Xəbərlər
“Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində buraxılmış səhvlər, bəzi hallarda səriştəsizlik, bəzi hallarda xəyanət nəticəsində torpaqlarımız işğal altındadır. Biz indi çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq, ərazi bütövlüyümüzü bərpa edək. Danışıqları aparırıq və aparacağıq. Ancaq əfsuslar olsun ki, danışıqların heç bir nəticəsi yoxdur.
Danışıqların aparılması ilə bərabər, biz ölkəmizi gücləndiririk. Mən bir neçə il bundan əvvəl demişəm ki, Dağlıq Qarabağ münaqişəsini ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll etmək üçün Azərbaycan daha da güclü olmalıdır”.
Prezident İlham Əliyev oktyabrın 17-də “Buta” sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı bu fikirləri işlədib.
Prezidentin sözlərinə görə, son illər ərzində Ermənistan ilə Azərbaycan arasında inkişafda mövcud olan fərq daha da böyüyür: “Bu münaqişənin həllinin yolu ancaq beynəlxalq hüquq normalarının qəbul edilməsindən keçir. Azərbaycanın dünya birliyi tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. İşğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır. Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa etməlidir. Erməni vandalizmindən, vəhşiliyindən, etnik təmizləmə siyasətindən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz ata-baba torpaqlarına qayıtmalıdırlar və qayıdacaqlar. Mən buna şübhə etmirəm. Bunu etmək üçün biz daha da güclü olmalıyıq və biz güclü oluruq. İqtisadi sahədə, hərbi sahədə, bütün başqa sahələrdə Azərbaycanın potensialı Ermənistandan bir neçə dəfə üstündür, daha da üstün olmalıdır. Diplomatik səylərimizi davam etdirəcəyik, eyni zamanda, bütün vasitələrdən istifadə edib ərazi bütövlüyümüzün bərpası üçün çalışacağıq. Haqq-ədalət bizim tərəfimizdədir, bunu hamı bilir. İyirmi il ərzində nə qədər çətin olsa da, erməni lobbisi nə qədər çalışsa da, biz dünyaya bəyan edə bilmişik, göstərə bilmişik ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır, həm tarix baxımından, həm beynəlxalq hüquq baxımından. Bu gün bizim hücum diplomatiyamız səmərəsini verməkdədir. Mən əminəm ki, bu məsələ ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu demək üçün kifayət qədər əsaslar vardır. Mən bu məsələ ilə bağlı fikirlərimi vaxtaşırı Azərbaycan ictimaiyyəti ilə bölüşürəm. Kifayət qədər əsaslar var. Tarixi və hüquqi amillərdən başqa, real qüvvələr nisbəti artıq tamamilə Azərbaycanın üstünlüyünü göstərir. İqtisadi potensial müqayisəedilməz dərəcədədir. Azərbaycan iqtisadiyyatı 20 illik müstəqillik dövründən sonra bu gün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə görüləcək tədbirlər və aparacağımız islahatlar nəticəsində bu rəqəm ancaq və ancaq artacaq, azalmayacaq, artacaq”.
Prezident bəyan edib ki, bu gün Azərbaycan iqtisadi amillərlə yanaşı, özünü qorumaq, müdafiə etmək üçün də tədbirlər görür: “Bizim hərbi xərclərimizin böyüməsi təbii prosesdir. Bizim bütün xərclərimiz artır, o cümlədən hərbi xərclər. Nəzərə alsaq ki, bizim Qarabağ kimi problemimiz var, hərbi xərclərimizin artması təbiidir. Artmasaydı bu, qeyri-təbii olardı. Artır və artacaq. Bir neçə il əvvəl qarşıya qoyduğum vəzifə artıq keçmişdə qalıb. Demişdim ki, bizim hərbi xərclərimiz Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır. Bu gün bizim hərbi xərclərimiz Ermənistanın büdcəsindən 500 milyon artıqdır. Gələcəkdə daha da artıq olacaq. Mənim nikbinliyimin səbəblərindən biri də bölgədə mövcud olan demoqrafik vəziyyətlə bağlıdır. Azərbaycanın əhalisi ildən-ilə artır və 9 milyon 100 min nəfərdən artıq vətəndaşımız var. Ermənistanda əhali ildən-ilə azalır və azalacaq. Həm təbii proseslər nəticəsində, həm də orada mövcud olan, hökm sürən ümidsizlik, işsizlik və kütləvi apatiya nəticəsində. Bütün bu və digər amillər, - bu gün bu barədə bəlkə də danışmağa ehtiyac yoxdur, - əminliyimizi daha da gücləndirir. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan xalqı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi yaşamasını təmin edəcək”.

Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |