28.05.2012 [11:37] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Vəhdət Sultanzadənin Türkiyənin “Zaman” qəzetinin Aşqabad şəhərində nəşr olunan versiyasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 94-cü ildönümü münasibətilə məqaləsi dərc edilmişdir.
Türk və türkmən dillərində oxuculara təqdim olunan məqalədə azərbaycanlı diplomat Azərbaycan Demokratik Respublikasının türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu vurğulamışdır.
Ölkəmizin 20 il ərzində əldə etdiyi nailiyyətlər barədə oxuculara geniş məlumat verən Vəhdət Sultanzadə Azərbaycanın dünya miqyasında öz pozitiv imicinə sahib olduğunu göstərdiyini qeyd etmişdir.
Səfir müstəqil dövlətlər olan Azərbaycan və Türkmənistan arasında yaranan 20 illik diplomatik münasibətlər zamanı 40-dan çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənədlərin imzalanmasını mehriban qonşuluq və qardaşlıq əlaqələrinin məntiqi nəticəsi kimi qiymətləndirmişdir. Məqalə müəllifi Azərbaycanın və Türkmənistanın müvəffəqiyyətli siyasi və iqtisadi layihələrin təşəbbüskarı olduğunu və belə layihələrin bu gün də davam etdiyini bildirmişdir.
Azərbaycanlı diplomat ölkələrimizin coğrafi və xalqlarımızın etnik yaxınlığının, dinimizin birliyinin, mədəniyyətlərimizin, və dilimizin oxşar olmasının əməkdaşlığın genişləndirilməsinə böyük imkan yaratdığını vurğulamışdır.
Məqalədə Vəhdət Sultanzadə iki qardaş ölkəni birləşdirən Xəzər dənizinin gələcəkdə də dostluq və quruculuq dənizi olacağına əminliyini bildirmişdir.

Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |