Şrift:
Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
04.10.2017 [09:42] - Gündəm, DAVAMın yazıları
Çoxdandır ki, vaxtilə leytenant Şmidt adına neft maşınqayırma zavodunda fəhlə işləyən,sonralar poetik söz sahibləri kimi tanınan insanlar haqqında yeni bir layihə üzərində işləmək fikrində idim.Kimdən başlamağı qərarlaşdıra bilmirdim.
Onların sayı çoxdur. Əsəd Əylisli (Quliyev),Nəriman Qəhrəmanov, Ağa Savalan,Elşad Səfərli,Nəsirağa Nəsirov,Knyaz Hüseynzadə,
Məlahət Yusif qızı,
Məzahir Qarayev,Ədalət Əsgəroğlu,Nemət Pənahov .....

İlk sözüm Məlahət Yusif qızı haqqındadır.

Məlahət Yusif qızının " Uğur olsun, Məlahət ! " alqışı ilə çap olunan
iki şeiri -"Sən ayrı,mən ayrı", "Zəhmət"

"Qabaqcıl texnika uğrunda" adlı çoxtirajlı qəzetin
10.09.1980-ci il tarixli 29-cü (5321) nömrəsində dərc olunmuşdur.
Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...


Alqış deyən mən idim; redaktor əvəzi Nazim Nəsrəddinov,
Azərbaycan KP Nərimanov RK müəssisə Siyasi Maarif Kabinetinin müdiri.

O vaxt Məlahət leytenant Şmidt adına zavodun nəqliyyat sexində gülbəsləyən qız kimi tanınırdı.Gül becərmək onun vəzifə borcu idi. Zavodun gülə də ehtiyacı var idi.Məlahət zavodda əmək qabaqcılı kimi tanınırdı. O,zavodun çoxtirajlı qəzetinin fəal fəhlə müxbirlərindən biri idi. Zavoda əmisi sürücü Şəfi ilə bir yerdə gəlib-gedirdil. Yüzlərlə,bəlkə də 2 mindən artıq işçisi olan bu məşhur zavodda bir neçə azərbaycanlı qız işləyirdi. Onlardan ən ünsiyyətlisi Məlahət idi.
Məlahət istehsalatdan ayrılmadan ADU-nun fəhlə fakültəsində-hazırlıq kursunda oxudu.İmtahan yolu ilə S.M.Kirov adına ADU-nun kitabxanaçılıq fakültəsinə daxil olandan sonra yeni yaradıcılıq mühitinə düşdü, sözlərdən gül bəsləmək onun poetik vəzifəsinə çevrildi.

Mən o vaxt gənc şairə ünvanladığım alqışımı bu sözlərlə qurtarmışdım;


"Oxucularımızın yaxşı tanıdıqlarıgənc şair Məlahət Yusif qızı şeirin çətin yolunda qazandığı müvəffəqiyyətlərdən arxayınlaşmasa, öz üzərində müntəzəm çalışsa, kitablar xəzinəsində onun da özünəməxsus poetik düşüncələrindən ibarət söz incisi toplusu ola bilər ".
Deyəsən,düz demişəm axı...

Şoxdandır görmürdüm.Son vaxtlarda tez-tez tədbirlərdə gördüm.
Tanıdım... Gülbəsləyən qız...
O vaxtdan 37 il keçirdi....

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Bakı.
03.10.2017.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed