Şrift:
Cümhuriyyət qurucularının şərəfinə "İstiqlal parkı" salınacaq
29.05.2012 [00:54] - Sosial
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının şərəfinə böyük “İstiqlal parkı” salınacaq.

Bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin verdiyi məlumata görə, “İstiqlal parkı” gələn il Demokratik Cümhuriyyətinin yaranmasının 95-ci ildönümündə istifadəyə veriləcək. İcra başçısı bildirib ki, parkda həmçinin Cümhuriyyət qurucularının abidələri də ucaldılacaq.

E.Vəliyev həmçinin bildirib ki, Gəncə şəhərində tarixi şəxsiyyət olan Cavad xana abidə qoyulacaq. Icra başçısı qeyd edib ki, artıq bunun üçün tender elan olunub.
Bu xəbər oxucular tərəfindən 1490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed