04.10.2017 [10:35] - İslam dini
Milli Məclisin üzvləri uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşı sərt çıxış ediblər.
Deputat Zahid Oruc dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına rast gəlindiyini qeyd edib: “Bu günlərdə Məhərrəm ayı ilə əlaqədar, Aşura günü dini ayinlərin icrası zamanı gördüklərimiz və mətbuatda işıqlanan bəzi faktlar təəssüf hissi doğurmaya bilməz. Bu ayinlərə körpələrin, yetkinlik yaşına çatmayan uşaqların cəlb edilməsi haqlı olaraq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Azərbaycanda – mənim Vətənimdə hər bir vətəndaşın dini etiqadına azadlıq verilib və buna hörmətlə yanaşılır. Dini ayinlərin azad şəkildə keçirilməsi üçün meydan tanınıb. Lakin bununla bərabər bu günlərdə ölkəmizdə Aşura mərasiminin keçirilməsi zamanı bir tərəfdən bizim İslam dininin qorunub saxlanmasında rolu olan İmam Hüseynin müsibətinə göz yaşı axıdan, həqiqi ağrılar keçirən minlərlə insanı gördük. Amma bu sırada həmçinin biz balaca südəmər uşaqların min illərlə daşınan fanatizmə, ekstremizmə, kəsafətə, düşüncəsizliyə yem edildiyinin, qurban olunduğunun da şahidi olduq.
Məhz ona görə də parlamentdə millət vəkili kimi bu məsələyə öz münasibətimizi ifadə etdik və qeyd etdik ki, Azərbaycanın öz daxili ictimai-siyasi idarəetmə quruluşu var. Etiqadın qeyd olunması forması bunun içərisində axtarılmalıdır. Ayrı ölkələrin modellərini götürüb bura tətbiq edəndə çox ağır nəticələr alına bilir. Bizim balacalarımız orada səslənən şüarların altında mənəvi-psixoloji cəhətdən gerçəkdənmi İmam Hüseyn məktəbinin ardıcılı olmaq istəyərək yalnız bu inama, yalnız bu düşüncələrə köklənmiş olur? Yoxsa onun nəticəsində bu gün dünyada yaşanan ekstremizmin, fundamentalizmin qurbanına çevrilir. Çox təəssüf ki, dediyimiz ikinci hal daha çox özünü göstərmiş olur.
Uşaqları dini libasa tamamilə bürüyəndə, onları yalnız bu şəhidlik adı altındakı xüsusi bir təbliğata - bir sıra hallarda sırf mövhumatçılıqla dolu olan, zahiri elementlərlə daha çox zənginləşdirilmiş təbliğata müncər edəndə onların düşüncə sistemi qapanır və məktəblə məscidin arasında qalırlar. Biz yaxşı bilirik ki, Məhəmməd peyğəmbər əleyhissalam hər zaman məktəbi məsciddən üstün tutub. Çox təəssüf olsun ki, hətta İmam Hüseyn məktəbindən - gerçəkdən də böyük məktəbə, qeyri-bərabər döyüşdə canından qorxmadan öz inancı yolunda öz həyatını verən, amma bununla bərabər bəşəriyyətə daha artıq dərəcədə tamam başqa düşüncələri sərgiləyən adamın mübarizəsinin fəlsəfəsindən düzgün olmayan nəticələr çıxarırlar. Bu, bəzi adamların Azərbaycanda orta əsrlər geriliyini bərqərar etmək istəyindən irəli gəlir. Biz uşaqlarımıza hansı gələcəyi vəd etmək istəyirik? Bu adamlar həqiqətənmi məktəbdən, təhsildən qopararaq o azərbaycanlılara yaxşı sabah vəd edirlər ?”
Millət vəkili uşaqları o tədbirlərə bu şəkildə aparılmasının qanunsuz olduğunu hesab etdiyini bildirib: “Bizim Konstitusiyamız da, Ailə Məcəlləsi də bunu yasaq edir. Bu insanların nə dini təfəkkürü formalaşıb, onlar hələ dünyanı yeni anlayırlar və hansı simvollarla həyatı onların beyninə yazırsansa, onlar sabah həmin formada olacaqlar. Bizim bayrağımızda üç rəng var, bu, o anlama gəlir ki, Azərbaycan dövləti məhz bu üç fundamentin üzərində qurulub, birini o birindən artıq etsən, sistem yerindən çıxar. Ona görə də hesab edirəm ki, Azərbaycanda İslamın hazırkı şəkli fonunda biz bu dövlətdə dünyəvi bir modeldə yaşamaqdayıq. Dövlətimiz dinsiz və dinimiz də dövlətsiz ola bilməz.
Uşaqlarımızı o şəkildə meydanlarda təlqin olunan dindən qorumaq lazımdır. O uşaqları qurban etmək olmaz. Biz onları tamam fərqli bir gələcəkdə görürük. Hesab edirəm ki, bizim bu çağırışlarımız da o qüvvələr tərəfindən süngü ilə qarşılanmalı deyil.”
Deputat Sədaqət Vəliyeva bildirib ki, uşaqların Aşura mərasiminə cəlb edilməsi onların səhhətinə və psixologiyasına ciddi mənfi təsir göstərir. O qeyd edib ki, Aşura mərasiminə uşaqların aparılması onların sağlamlığını təhlükə qarşısında qoyur: “Çünki, həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Uşaqların orqanizmi zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar... Aşura mərasimində zəncir və qılınc vurma kimi hərəkətlərə yol verilir. Eyni zamanda, ağlaşma və özünüdöymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər.
İslam alimlərinin də bildirdiyi kimi, dini mərasimlərə azyaşlı uşaqların aparılması istər dini, istər psixoloji, istərsə də hüquqi cəhətdən qəbuledilməzdir. Bu gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Bu kimi halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır”.
Millət vəkili qeyd edib ki, valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər. Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına ziddir.
Məsələ ilə əlaqədar deputat Məlahət İbrahimqızı da fikirlərini bildirib: “Bir neçə gün bundan qabaq Aşura günü ilə bağlı müxtəlif ölkələrdə mərasimlər keçirildi. Azərbaycanın bəzi məscid və ibadət yerlərində də Aşura günü qeyd edildi. Sözsüz ki, Azərbaycan xalqının əksəriyyəti İslam dininə etiqad edir. İslam dini sülh dinidir, həmrəylik dinidir, inkişaf dinidir, mərhəmət dinidir - çox mütərəqqi bir dindir. Bu din xurafat və mövhumat deyil. İslam dini insanlara deyir ki, ömrünün sonuna qədər oxu, çalış, inkişaf et.
Amma çox təəssüf ki, İslam dini pərdəsi altında müəyyən əməllər də həyata keçirilir. Biz buna imkan verməməliyik. Quran, İslam dini heç kəsi hansısa ayinlərinə əməl etməyə məcbur etmir. Amma keçirilən bəzi mərasimlərdə biz xoşagəlməz halların şahidi oluruq. Dinimizi düzgün təbliğ etmək əvəzinə biz bunun əksini görürük.
Məsələn, bu günlərdə keçirilən Aşura mərasimində bir sıra məscidlərdə 6-7 yaşında, hətta 3-4 yaşında yetkinlik yaşına çatmayan körpə uşaqların, o cümlədən qız uşaqlarının ayinlərdə iştirakının şahidi olduq. Körpə uşaqların belə mərasimlərə aparılması yolverilməzdir.
Biz dinimizi mövhumat formasında təbliğ etməməliyik və belə hallara yol verməməliyik.
Azərbaycanda bu il “İslam həmrəyliyi ili” elan olunub. Bizim zəngin milli dəyərlərimiz var. Xalqımız bu dəyərlərin zənginliyi ilə həmişə fəxr edib. İslam dini də bu dəyərlərin fövqündə durur.
Biz heç vaxt yol verməməliyik ki, dinimiz bu şəkildə təbliğ olunsun.
Hər bir insan öz dinini şüurlu olaraq dərk edərək yaşamalıdır, öz dini ibadətlərini həyata keçirməlidir. Məcburiyyət və zor İslam dinində qəbuledilməzdir.”

Bu xəbər oxucular tərəfindən 962 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |