Şrift:
Güneyli milli fəal Mehrdad Kərəmi müvəqqəti azadlığa buraxıldı
29.05.2012 [10:56] - Güney Azərbaycan xəbərləri
Təbriz universitetinin öyrəncisi, azərbaycanlı milli-mədəni fəal Mehrdad Kərəmi bu gün (mayın 28-i , xordadın 8-i) azadlığa buraxılıb.Kərəmi 5 ay, 6 gün saxlanıldıqdan sonra 20 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb.O, 2011-ci il dekabrın 24-ü (1390-cı il deyin 3-ü) Təbrizdə yaxalanıb və Zəncanın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına intiqal edilmişdir. Zəncan ETTELAAT idarəsində 9 gün sorğu-suala tutulduqdan sonra Təbriz ETTELAATının təcridxanasına köçürülüb və orda da sorğu-suala tutulduqdan sonra azərbaycanlı fəallar İbrahim Rəşidi (Savalan), Əfşin Şəhrbazi, Məhəmməd Əhədi və Ruzbeh Səadəti ilə birlikdə Təbrizin mərkəzi zindanında saxlanılırdı.Onların ittihamı Sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyinin əleyhinə toplaşmaq və sözləşməkdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed