05.10.2017 [06:09] - Gündəm, Hadisə
Son günlər yağan intensiv yağışlar nəticəsində ölkəmizin cənub bölgəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Çaylarda suyun səviyyəsi artığından sel suları yaşayış məntəqələrində problemlər yaradıb. Əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev bildirib ki, Astaraçayın məcrasından çıxması nəticəsində rayonun Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rüdəkənar, Məscidməhəllə və Qapıçıməhəllə kəndlərinin ərazisində həyətyanı sahələri su basıb. Gecə saatlarında 75 ailə həmin kəndlərdən təxliyə edilib.
Gecə saatlarında rayondakı Pensər çayının məcrasından çıxması nəticəsində Şağlazüzə, Xıçəso və Şəmətük kəndləri ilə əlaqə kəsilib. Şağlazüzə kənd tam orta məktəbinin ərazisində uçqun baş verdiyindən uşaqların məktəbi gəlməsi məhdudlaşdırılıb.
Rayonun Deqədi-Pəlikəş avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Hazırda Astara rayonunun 83 yaşayış məntəqəsində işıq yoxdur.
Masallı rayonunda isə Boradigah çayının məcrasından çıxması səbəbindən Boradigah qəsəbəsində yüzə yaxın yaşayış evinin həyətyanı sahəsi, bəzi evlərin zirzəmiləri su altında qalıb. Əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib.
Rayonun Təklə və Xırmandalı kəndlərində də sel suları həyətləri basıb. Rayonun Köhnə Zuvand kəndində torpaq sürüşməsi nəticəsində kənd yolunun bir hissəsi sıradan çıxıb.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının verdiyi məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməyi ilə ərazidən çəkilib. Təbii fəlakətin yaşayış məntəqələrində yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
İntensiv yağan yağışlar nəticəsində Lənkəran çayı da daşıb, rayonun Sütəmurdov kəndində onlarla evi su basıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, 10-a yaxın ailənin təxliyəsi həyata keçirilib.
Lənkəran-Lerik yolunda baş verən torpaq sürüşməsi yolun bağlanmasına səbəb olub. Lerik Rayon Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, nəqliyyatın hərəkətini təmin etmək məqsədilə rayon yol istismar idarəsinin ağır texnikası və canlı qüvvəsi əraziyə gətirilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası müvafiq xilasetmə işlərinin aparılması üçün yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunublar.

Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |