29.05.2012 [11:28] - Gündəm
Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 1918-ci ildə Gəncədə keçirilmiş ilk iclasının yerləşdiyi binada 28 May - Respublika günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov, Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü və digər vəzifəli şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasının 94-cü ildönümü bütün ölkə ərazisində qeyd olunur. Onun sözlərinə görə, ADR-in qurulmasında Gəncənin xüsusi rolu olub.
Vəliyev həmçinin məlumat verib ki, Gəncədə ADR qurucularının şərəfinə böyük "İstiqlal parkı" salınacaq. Onun sözlərinə görə, "İstiqlal parkı" gələn il Demokratik Cümhuriyyətin yaranmasının 95-ci ildönümündə istifadəyə veriləcək. İcra başçısı bildirib ki, parkda həmçinin Cümhuriyyət qurucularının abidələri də ucaldılacaq.
Vəliyev qeyd edib ki, ümumilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ADR tarixinə hüquqi qiymət verilməyə başlanıldı.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov tədbir iştirakçılarına hazırda universitetin binasının yerləşdiyi evdə 1918-ci keçirilən taleyüklü görüşlər barədə məlumat verib.
Gəncəyə səfər çərçivəsində Parlament Jurnalistlər Birliyinin üzvləri həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət edərək, Gəncədə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
1918-ci il may ayının 28-də Tiflisdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin yeni hökuməti paytaxt Gəncəyə köçən günü - yəni iyun ayının 17-də öz ilk yığıncağını hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar elm və təhsil muzeyinin yerləşdiyi binada keçirib.

Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |