05.10.2017 [06:28] - Xəbərlər, Türk dünyası-Turan
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov Qazaxıstan Altayında yerləşən iskit-sak (skif-sak) zadəganlarına məxsus Berel arxeoloji abidəsindəki arxeoloji qazıntılarda iştirak edib.
Qeyd edək ki, türk mədəniyyətini öyrənmək üçün əvəzsiz mənbə olan abidə Şərqi Qazaxıstan vilayətinin Katon-Karağay rayonundakı Berel kəndinin 8 kilometr yaxınlığında, Rusiya və Çinə həmsərhəd ərazidə yerləşir.
Orada son 20 il ərzində iskit hökmdarının və zadəganlarının mumiyalaşmış qalıqları, 100-ə qədər tam təntənəli geyimdə olan at dəfnləri tapılıb.
Tədqiq olunan iskit kurqanlarının təxminən 2500 il yaşı var. Berel nekropolunda alman, fransız və rusiyalı alimlərin iştirakı ilə tədqiqatlar 1998-ci ildən başlayaraq Zaynolla Samaşevin başçılığı altında bu günə qədər davam etməkdədir.
Azərbaycan aliminin də iştirak etdiyi builki qazıntlar zamanı türk tarixi üçün vacib tapıntılar aşarlanıb.
Tədqiqatlar zamanı Berel nekropolunun 5 saylı kurqanı qazılıb. Kurqan - iskitlərin e.ə. VI - III əsrlərdə mövcud olmuş Pazırık mədəniyyətinə məxsusdur. Beynəlxalq elmi çevrələrdə çox məşhur olan bu tip Pazırık kurqanları Rusiya Altayında 20-ci əsrin ortalarında da tədqiq edilib.
Alim tapıntılar haqqında bunları deyib: “Bereldə bu il arxeoloji qazıntılarında iştirak etdiyim 5 saylı kurqan daş örtüklü, dairəvi formada, uzunluğu 25 m., hundürlüyü isə 3 m.-ə yaxın idi. Kurqan hələ qədim dövrlərdə iki dəfə qarət edilib. Daş örtüyun orta hissəsi təmizlənəndən sonra orada 4,5х3,2 m ölçülərə malik dəfn kamerası tapıldı. Kameranın qərb və cənub divarlarında qarətçilərin qazdığı yollar görsənirdi. Dəfn kamerası torpaqla örtülmüşdü. Kamerada, 3,5 metr dərinlikdə, ağaç qabıqları ilə örtülmüş iki at dəfni və ağaçdan düzəldilmiş zadəgan dəfn yeri aşkar edildi. İki at dəfni kameranın şimal divarında yerləşirdi. Atların birinin üz hissəsindən qızıl bəzəklər tapılmışdır. Adam dəfni qarət edildiyinə görə orada bütün insan skeleti qeyd edilmədi. Lakin onun paltarından (baş örtüyündən?) bir sıra qızıl bəzəklər tökülüb qalmışdı. Tapılmış 113 ədəd bəzəklərdən 8-i iri ölçülü idi. Bu bəzəklərin üzərində maral və vəhşi heyvanlar təsvir edilmişdi”
Bundan əlavə Zaur Həsənov Berel nekropolunda aşkar edilmiş bizim eranın 4-cü və 5-ci əsrlərinə aid sənbi-jujan tayfalarına məxsus qəbiristanlığın arxeoloji qazıntılarında da iştirak edib. “Qəbirlər kiçik ölçülü daş örtüklu idi. Örtüyun altında bəziləri torpaq, bəziləri isə daş qutu tipli qəbirlər var idi. Qazıntı zamanı qəbirlərdə kişi, qadın və at dəfnləri aşkar edilmişdir. Bəzi qəbirlərdən yayın sümükdən düzəldilmiş hissələri, gümüş bəzəklər, kiçik daş döyrələr tapılıb”.
Qeyd edək ki, qədim Avropa yazılı mənbələrində “avarlar” kimi məlum sənbi-jujan tayfaları eramızın IV əsrdə hunlar üzərində qələbə çalıb, qədim Altay regionunda hakimiyyəti ələ keçirmişlər. Daha sonralar isə, VI əsrdə türklər sənbi-jujan tayfalarını məğlub edib Türk Xaqanlığını yaradırlar.
Z.Həsənovun fikrincə, ümümiyətlə, Altayda bu arxeoloji materialların öyrənilməsi Azərbaycan elmi üçün çox vacibdir. Altayda iskitlərin, hunların, sənbi-jujan və Türk Xaqanlığının arxeoloji abidələri ardıcıllıqla təqdim olunub. Zaur Həsənovun bildirdiyinə görə, Altaydakı bu abidələrin xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycanda eyni tipli abidələrlə müqayisələrin aparılmasına və tarixi şərqi türk xalqlarının buraya gəlişini daha qədim dövrlərdən başlayaraq izlənilməsinə imkan yarada bilər.
“Azərbaycanda iskit qəbirləri var və bizim arxeoloqlar onun çoxlu nümünələrini Mingəçevirdə, Şəmkirdə, Tovuzda, Şəkidə, Ağcabədidə, Abşeronda və s. bölgələrdə tapıblar. Amma buna baxmayaraq iskit problemi arxeoloji baximdan Azərbaycanda lazımi qədər öyrənilməyib”. Zaur Həsənovun bildirdiyinə görə, Qazaxıstan Altayında aparılan arxeoloji qazıntılarda iştirakı - iskit tipli kurqanların, torpaq və daş qutu qəbirlərin xüsusiyyətlərinin öyrənilməsi, gələcəkdə bu tipli dəfn abidələrinin Azərbaycanda aşkar edib, onların arxeoloji tədqiqatlarına Qazaxıstan və Avropa alimlərini cəlb etmək məqsədini daşıyır.
Elmin Nuri

Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |