29.05.2012 [11:30] - Güney Azərbaycan xəbərləri
İran Suriya prezidenti Bəşər Əsədi müdafiə etmək üçün bu ölkəyə qoşun bölmələri göndərdiyini rəsmən təsdiqləyib.
Mayın 27-də İran İnqilabını Mühafizə Korpusunun (sepah) “Qüds” qvardiyasının komandir müavini general İsmayıl Kuni İSNA agentliyinə açıqlamasında bəyan edib ki, əgər İran Suriyada olmasa, mülki şəxslər arasında kütləvi qətllər iki dəfə çox olarmış. Kuni deyib ki, İran həm fiziki, həm də qeyri-fiziki yolla qiyamçıların daha çox suriyalını öldürməsinin qarşısını alır. Bu barədə Lent.az “mignews.com” saytına istinadən xəbər yayıb.
Onun İSNA açıqlaması dünyanın aparıcı kütləvi informasiya vasitələrində də sürətlə yayılıb. İran gec də olsa, “Qüds” qvardiyasının komandir müavininin açıqlaması ilə özünü ifşa etdiyinin fərqinə varıb və bir neçə saat sonra Kuninin açıqlaması İSNA agentliyinin saytından çıxarılıb.

Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |