Şrift:
Fərəc Quliyev müəllimləri təbrik etdi
05.10.2017 [09:56] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bütün müəllimləri təbrik edib. Təbrikdə bildirilir:
“Azərbaycan xalqı həmişə müəllim adına böyük sayğı ilə yanaşmışdır. Məhz bu səbəbdəndir ki, ən hörmət etdiyimiz insanlara “müəllim”, deyə müraciət edirik. Müəllimin zəhmətini mahiyyəti ilə başa düşmək xalqın mənəvi yüksəkliyidir.
Müəllim cəmiyyətin inkişafında və insanın istiqamətlənməsində ən mühüm rolu oynayır. Bu məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlmək həm də ən müqəddəs peşə sahibi olmaq deməkdir.
Bu böyük adın daşıyıcıları olan sayqıdəyər müəllimlərimiz- əfəndilərimiz, Sizi 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edirəm! Sizə işinizdə uğur, yetirmələrinizlə daim fərəhlənməyi arzu edirəm!”
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed