06.10.2017 [07:27] - Gündəm, DAVAMın yazıları
İki gündür ki,telefonlarım susmur. Müxtəlif vaxtlarda dərs dediyim şagird və tələbələrim zəng edir, bəziləri bayram sözünü işlətməsələr də hal-əhval tutur, bəziləi şablon cümlələrlə telefonun o başından məni təbrik edir, işlərimdə mənə uğurlar arzulayır. Bəziləri də bəlkə dünyamı müəyyənləşdirmək istəyirlər.
Bəli, mən müəlliməm və adımdan sonra müəllim sözünü yazmağa utanmıram. Pedaqoji fəaliyyətimə lazımi qiymət verilmişdir. Kimlərsə hələ də məni xatırlayırlar, yada salırlar.
Türklər müəllimə, dərs deyənə "öğretmen" deyirlər.
"Öğretmen" - türk mənşəli sözdür. Kökü "öyrətmək" feilidir. Azərbaycanda bu sözün əvəzinə, ərəb mənşəli "müəllim" sözü işlədilir.
Dilimizdə indi "müəllim" sözünün bir sıra çoxmənalı variantları yaranmışdır. Bu söz ƏRƏB-FARS sözləri lüğətində iki cür izah edilir :
müəllim 1 - 1) ələmli,dərdli,kədərli; 2) kədərləndirən, qüssə gətirən, qəmləndirən
.
müəllim 2 - dərs verən,tədris edən adam
Əlbəttə,yaxşı müəllimlər o qədər çoxdur ki, bu sözün "ələmli, dərdli, kədərli" variantları, demək olar ki, yada düşmür.
Azərbaycanda müəllimlik hörmətli,izzətli sənət,peşə sayılır. Bəzən, maaşını məktəbdən almayan nümunəvi,ağıllı , dərrakəli adamlara da "müəllim" sözü ilə müraciət edirlər. Təəssüf ki, bu sözün avam,öz hüququnu başa düşməyən,təkbaşına cəngavərlik etmək istəyən adamlara ünvanlanan məna variantı da var.Mən bu sözləri deyəndə "Bizim Cəbiş müəllim"i xatırlayıram.
Həqiqi müəllim müəllimliyini gizlətmək istəsə də bir iki kəlmə deyən kimi müəllimliyi üzə çıxır. Müəllim --işıqlı,ziyalı adamdır.
Mən uşaq olanda, hələ məktəbə getməyəndə, 5 yaşım olanda (beş yaşımdan oyankı həyatım yadıma düşmür) neftçi olmaq istəyirdim. Bu, hardan ağlıma gəlmişdi , hələ də bilmirəm. Neft Bakısından uzaqda -indiki Qəbələdə, ovaxtkı Qutqaşendə yaşayırdıq. Burada bir dənə də olsun neft buruğu yox idi. Bəlkə də evdəkilərin bizə oxuduqları kitabda neft haqqında material var imiş.
Nə isə...Mən orta təhsilimi 7 rayonun əsasən kənd məktəbərində almışam.Bu,"səyahətlər" atamın nazirlikdən verilən iş təyinatları ilə əlaqədar idi.
Mənim ilk müəllimim Zərxanım müəllimə idi.Bizə bir-iki ay dərs deyəndən sonra analıq məzuniyyətinə çıxdı.
Onunla Vəndam dağlarının fonunda çəkdirdiyimiz şəkli itirmişəm. Maraqlı şəkil idi: sinfimizin 7-8 çagirdi Zərxanım müəllimənin işığına toplaşmışdı.
Zərxanım müəllimənin dərsləri biz birinci sinif şagirdlərinə çox nəsnələri öyrətmişdir.
Zərxanım müəllimə 2006-cı ildə 80 yaşında dünyasını dəyişib.Allah rəhmət eləsin!
Sonralar Şəkidə Sona müəllimədən, daha sonra Şölə müəllimədən dərs almışam.
Şölə müəlimənin oğlu bizdən bir-iki yaş kiçik idi.Onu görməsək də, yaxşı tanıyırdıq. Şölə müəllimə bizi oğlu Kamilin timsalında tərbiyə edirdi: sözünün əvvəli də,axırı da rəhmətlik Kamil idi.
Orta məktəbdə mənə müxtəlif fənnlərdən dərs deyən müəllimlərdən biri Mikayıl Müşfiqin dostu Diyallılı Qasımbala müəllim idi. Səhv etmirəmsə, bizə dərs deyəndə təzəcə bəraət almışdı. O, 37-ci ilin əzabkeşlərindən biri olsa da, heç vaxt dərsdə bunu vurğulamırdı.Bəlkə də bizlər-6-cı sinif şagirdləri bunu başa düşməmişdik.
XI sinfin ikinci yarısında Ağsuda mənə dərs deyən Almaz xanımı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fazil müəllimi, sinif rəhbərimiz riyaziyyatçı Arif müəllimi və daha bir neçə öğretmeni bilik və bacarıqlarına görə hələ də unutmamışam. Şair Şəhriyar uzun ayrılıqdan sonra Təbrizə qayıdıb müəllimi Molla İbrahimi, uşaqlıq dostlarını soruşan kimi, mən də hələ də bu dünyanın ətəyindən bərk-bərk yapışıb qalan həmyaşıdlarımdan ölənləri və qalanları soruşuram.
Qoy orta məktəb müəllimlərim,onların qohum-qardaşları incmsinlər: mənim ən yaxşı müəllimlərim universitet müəllimlərimdir.
Azərbaycan Dövlət Univeritetinin filologiya fakültəsində birinci dərs günü fakültənin dekanı Əlövsət Abdullayev bizə yaxşıca dərs verdi: dərsə bir az gecikənləri elə danladı ki, bu, hamımıza dərs oldu.
Ağamusa Axundov "Dilçiliyə giriş"ə elə başladı ki, hamımız dilçiliyə girişdik.Yazılarımın birində oxuculara "Dünyanın ən işıqlı adamı" kimi təqdim etdiyim Fərhad Zeynalov bizə türk dillərinin zənginliyini incələdi.
Bir az əsəbi olan Ağamalı Həsənovun dərslərini həmişə səbirsizliklə gözləyir, lakin ona zəhminə görə mövzu ətrafında sual verməyə cəsarət etmirdik : onsuz da mövzunu elə dərsin özündə başa düşürdük.
Fars dili müəllimimiz Fəxrəntac müəllimə idi. Bu gözəl müəllimənin, gözəl qadının işıqlı simasını yaddan çıxarmaq çətindir. Fəxrəntac müəllimə mənə imtahanda "beş" vermədi ,"dörd" verdi, amma hər nəsnədən əvvəl qrupumuzun bütün tələbələrinə ərəb əlıfbasını, fars dilinin danışıq xüsusiyyətlərini öyrədə bildi.
Dil tarixi müəllimimiz Azərbaycan Respublikası Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktor müavini professor Mirzə Rəhimov idi. Universitetdə saat hesabı ilə işləyirdi. Seminar məşğələlərini aspirantları Şaməddin müəllim və Əvəz müəllim ararırdı ( onların hər ikisi vaxtından tez dünyasını dəyişib.Allah hər ikisinə rəhmət eləsin).
Mirzə Rəhimovun dərsləri hamya maraqlı idi. Onun dərslərində heç kəs əsnəmirdi. Tələbələrimizin dilçilik təfəkkürünün yüksəlməsində M.Rəhimovun rolunu heç kəs inkar edə bilməz.
Mirzə Rəhimov - mən Dilçilik İnstitutunun aspiranturasında oxuyarkən mənim elmi rəhbərim olub.Mən onu nədənsə həmişə Türkiyənin Azərbaycan əsilli alimi Abdülbaqi Gölrinarlıya oxşadıram. Qocaman alimə bu elmi oxşarlığı deməyə ehtiyat edirdim. Ləyaqətli ziyalı idi Mirzə müəllim.Allah rəhmət eləsin.
Universitetdə hamı Samət Əlizadəni ən nümunəvi şəxsiyyət, ən nümunəvi Füzuli tədqiqatçısı kimi tanıyırdı. Lakin heç birimiz onu hələ diplomçusu Sona Xəyal kimi qiymətləndirə bilməyib.
Samət Əlizadə mənim diplom işimin rəyçisi idi. Onun rəyinin surətini hələ də əziz bir xatirə kimi saxlayıram. Bu rəy S.Əlizadənin maraqlı elmi işi kimi qiymətləndirilə bilər.
***
İnsanlar, sizə dərs deyən,bilik verən, ən başlıcası düşünməyi öyrədən müəllimlərinizi unutmayın.
Gəlin ilin günlərinin birini - oktyabrın 6-nı - Beynəlxalq Müəllimlər Günündən sonrakı günü "Müəllimlərin Ziyarıəti Günü" elan edək.
Vallah, xəncəririmizin qaşı düşməz..

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
türkoloq.
05.10.2017.

Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |