07.10.2017 [07:35] - Gündəm, DAVAMın yazıları
...Son dövrlər onlar tez-tez rastlaşırdılar...Qadın onu illər öncədən tanıyırdı...İllər öncə də rastlaşımışdılar. O başını qaldırıb qadının üzünə belə baxmamışdı , rastlaşdıqları vaxt qadınla danışanda da nifrətlə danışırdı...Qadın təəccüblənmişdi...bu nifrətin səbəbi nədir ilahi deyə düşünmüşdü, ancaq bu nifrətin səbəbini anlamamışdı, amma əhəmiyyət də verməmişdi...Hər halda qadın onun diqqətini cəlb edə biləcək qədər də gözəl deyildi... Və qadının heç vaxt belə bir arzusu, marağı, istəyi də yox idi...O, çoxdan qadınlığını öldürmüşdü...kişilər onun üçün sadəcə iş yoldaşı, yol yoldaşı, dava arkadaşı idilər, vəssalam.
Qadın sevgiyə yasaq qoyacaq qədər güclü idi...Qərarı qəti idi. Qəlbinin qapısını tale fırtınaları sökə bilməzdi...Həyatdan heç bir özləmi yox idi...heç kəs onu təəccübləndirə bilməzdi...təəccübləndirməmişdi...
İllər keçdi, Həyat ona çoxlu yaralar vurdu, yaralarından qan axdı, Tale sınaqları ondan çox şeylər alıb apardı...Çox şeylər...Qadın mutsuzdu... yalnızdı, duyğusallaşmışdı...Ruhu Zəifləmişdi... Qala içəridən çatlamışdı ...
Yenə ratlaşmışdılar... Getdikləri yol kəsişmişdi, onları dostlaşdırmışdı. Yol birliyi ruh birliyinə ideya birliyinə çevrilmişdi. Bir ruhun insanları idilər. Hər ikisi bunun fərqində idilər. Ürəklər bir döyünürdü. Qadın şaşırmışdı, qorxmuşdu bu eynilikdən, birlikdən... Taleyin bu oyununa qarşı dirənmək, qaçıb getmək, qurtulmaq istəyirdi...O, qadının bir ömür axtardığı kişi idi. Qadın bir ömür onu gözləmişdi...Bəs niyə, niyə indi gəlmişdi...Niyə bu qədər geç gəlmişdi? Taleyinə lənətlər yağdırırdı...
Bir gün O, qadına yaxınlaşaraq “Gəl gedək, taledən qisas alaq” dedi. Taledən qisas alaq...Nə gözəl sözdü. Bu dünyada nifrət etdiyim bir şey varsa o da taleyimdir...yaşadıqlarımdır...mən bu yaşamı haq etməmişdim, mən belə istəməmişdim, mən bunu seçməmişdim deyə qadın düşündü. Bəs O, taleyimdən narazı olduğumu hardan bilir, hardan bilir...
Qadın şaşırdı...O, ruhumdakı təlatümləri hardan bilir, O, üzümdənmi oxuyur həyatımı, özləmlərimi deyə təlaşlandı. Bu qədərmi zəifləmişəm...Xeyr, ola bilməz deyə fikirləşdi...Öz-özünə Toparlan, Özünü ələ al dedi.
Aylar keçdi...O, daim qadını aradı, israrla görüşlərə çağırdı, qadın bu taledən, bu görüşlərdən qaçmaq istədi, qaça bilmədi. Qadın planlaşdırmadığı, arzulamadığı, yasaqladığı bir dostluq, bir ünsiyyət ortamına düşdü. Hər şey qadının iradəsi əleyhinə baş verirdi. Qadın olayların axarına tabe idi...Etiraz etməyə, dəyişməyə gücü yox idi. Aralarında sıx bir dostluq başladı...Dərd, fikir, iş dostluğu...Görüşlər çıxlaşdı...O, qadına sahibləndi, qadının etirazlarını heçə saydı, prinsiplərini ayaqlar altına sərdi. O, qadını sevməyə çağırdı, sevgi dünyasına dəvət etdi. Qadın çarəsizcə onu sevdi. Ölürcəsinə sevdi...saçının telindən tutmuş hər damlasınacan sevdi. Saçını, boyunu, əllərini, gülüşünü, əməllərini, ruhunu, kədərini, qayğılarını...Qadın O`nun hər nəfəs alışını canında, damarlarında hiss etdi, özünü unutdu, yox oldu, dönüb O`na çevrildi, O, zamanla qadını fəth etdi, qadına sahibləndi, qadının hər şeyini çaldı, bədənini,ruhunu...Qadın onun ixtiyarinda idi. Qadın yox olmuşdu, bu sevgi içində mənliyi itmişdi, təslim olmuşdu. Etiraz etməyə taqəti qalmamışdı. Yalnız bir dəfə “siz mənim sevgimdən sui-istifadə edirsiniz” deyə bilmişdi. O isə buna gülmüşdü. Qadın Onsuz yaşamayacaq qədər onu sevdi... Qadın O`na təslim oldu. Qadınlıq təslimiyyətdir, qadın təslimiyyəti səadətdir. Qadın səadət yaşadı... ...Qadın Səadəti nədən qısa olur, nədən ağrılı olur bəs...“Bir ömür boyu sənə doğru yol gəlmişəm. Nədən ömrümə bu qədər gec gəldin yaşam umudum” deyə O`ndan soruşdu. O,” bunu mən də səndən sormalıym” dedi. Qadın onun səsində bir saxtkarlıq, soyuqluq duydu. Yox, sevən kişi belə saxtakar səslə danışmaz...Onun səsində həsrət, özləm, itirmək qorxusu yoxdur...Bir arxayınçılıq var, özünə güvənirlik var. O, qadını özünə təslim etməklə taledən qisas almışdı. O öpüşləri ilə qadını fəth etmişdi. O, qisascıldır, O, vəhşidir, O, insanlıq duyğularını, qadın duyğularını çalan nankordur. Bir neçə gündən sonra Qadın ona zəng vurdu. “Heyyy...mən sənə yox, sevgimə təslim olmuşm” dedi.
Sonra hər şey birdən qırıldı... O, qadını aramadı, telefonlarına cavab vermədi, görüşlərdən qaçdı...bəhanələr çoxaldı, görüşlər azaldı...Dünya qadının başına uçdu...İnanmadı bunlara qadın. İnanmaq istəmədi...Bir sevgidən belə vaz keçmək olarmı...Qadın nə qədər də sadəlövh idi. Elə bilmişdi ki, bu səadət, bu sevgi əbədi davam edəcək... Qadın O`nun üz çevirib getdiyini, O`nun yoxluğunu hər saat damarlarında hiss edirdi. Tərk edildiyini bilirdi qadın. Bir yarımçıqlıq var idi həyatında...dəhşətli bir yarımçıqlıq duyğusu....Gündə min dəfə ölüb dirilirdi. Ölmək bu yarımçıqlıq duyğusundan min dəfə yaxşı idi...O, münasibətləri qırdı, tərk etdi qadını.O, qadını öldürdü...Günəşin doğuşu, batışı fərqsizdi. Həyat bom boş, boz, anlamsızdı...Qadın ölmüşdü.
Lakin qadın bununla barışmaq istəmədi, heyyy bu qədər sevən insan belə asanlıqla dəyişə bilməz, bu qədər saxtkar ola bilməz heyyy... Qadın onu aramağa,axtarmağa başladı, qadın görüşə tələsdi...başqa çarəsi də yox idi...Bircə gün onu görməyəndə ölə bilərdi...Qadın onsuz yaşaya bilmirdi... Onsuz ölürdü.... Qadın çarəsizcə çağırırdı, siz heç çağıran sükutlar, susan qışqırıqlar eşitmisinizmi? Qadın Gündə neçə dəfə “Hardasan sevgilim, səni fəryadlarımla çağırıram, səni sükutumla özləyirəm” deyərək təkrarlayırdı.
Yeni görüşlər, O`nun deyil, qadının istəkləri ilə baş tuturdu. O`nun baxışları soyuq, səsi soyuqdu...Soyuq baxışlar qadının mənliyini, sevgisini təhqir edirdi... O, müxtəlif bəhanələrlə görüşü tez bitirirdi. Nəzakətlə görüşlərdən qaçırdı. Daha qadına toxunmurdu belə...daha qadını öpmürdü belə... Qadın onun simasından, səsindən doymamış, ona toxunmamış görüşlər bitirdi...Hər görüşüb ayrılanda qadın bu görüşün bir daha təkrar olmayacağını, bir daha görüşə gəlməyəcəyi barədə öz-özünə söz verirdi...Heyhat. Onsuz yaşamaq olurdumu ki... Aylar, illəri qovdu, zaman keçdi...Çox şey dəyişdi. O dəyişdi. Sanki heç nə olmamışdı, sanki heç nə yaşanmamışdı. Sanki yad adamlar kimi ilk dəfə görüşürdülər. Səmimiyyət rəsmi münasibətlə əvəzlənmişdi. Ah, necə də saxtakardır. Sevgi saxtakarı...oyunçu. Kaş sevgini tanıtmayaydı mənə. Kaş öpüşü tanıtmayaydı mənə. Kaş qoxusunu, qollarını, canının hərarətini tanıtmayaydı mənə...Qadının sevgisi dəyişmədi, görüşlər azaldıqca, münasibətlər soyuduqca sevgi alovlandı...diri-diri qadını yandırdı...
Bir gün qadın yenə israrla O`nun görüşünə gəlmişdi...söhbət etdilər. Ayrılarkən Qadın ona sarıldı... O bilirdi ki, Qadın Həyatında ilk dəfə idi ki, bir kişiyə sarılırdı...ilk dəfə idi ki sevirdi...ilk dəfə idi ki, utanmırdı, duyğularını rahatca sözlərə çevirib söyləyə bilirdi. Qadın “Mən hər gün sizi özləyirəm, gözləyirəm” dedi. Heç bilmədi ki, bu sözlər nə vaxt ağzından çıxdı, qulaqlarına inanmadı, bu sözləri nə zaman dedi, bu cürəti hardan aldı belə...bunu düşündüyü vaxt, O, “Get, şeytan!!!” deyə nifrətlə səsləndi...Səs qadının qulaqlarında cingildədi. Nifrət qadının qanını dondurdu. Həyat qaraldı. Qadının qolları boşaldı... Qadınlıq çilik-çilik olub ayaqlar altına səpələndi...Qadın üzünü çevirib otaqdan çıxdı. Pillələri enərkən dizləri titrəyirdi. Özünü binadan çölə atdı...Ağlayırdı, qışqırırdı...O,məni fahişə kimi qovdu...O məni təhqir etdi...O, məni alçaltdı... Aylarla bu səs qadının qulaqlarından getmədi, Qadın aylarla ağladı, ağladı, içi yandı.... Və beləcə O, Qadının axıtdığı göz yaşlarında damla-damla öldü....Bir səhər qadının həyatında günəş doğdu...Sevinclə qışqırdı. O, öldü... öldü...Onu öldürdüm...Onu qəlbimdə öldürdüm...Azad oldum...Qadın O` nun “ölümünü” bayram etdi və “Sənə əbədi yas saxlayacam” deyərək əbədi yasa büründü. Sonra O`nun ölümünə aylarla yas saxladı... Amma yox ,biz doğmalarımızı itirəndə heç vaxt onun ölümünə inanmırıq axı. Qadın gizli-gizli onu özləyirdi...Özləmək gizli-gizli...Səssizcə yanmaq...Köz kimi qovrulmaq...
Zaman keçdi...Görüşlər kəsilməyə başladı...Ara-sıra görüşmək məcburiyyətində idilər, iş ortamları eyniydi...Qadın iş ortamını dəyişə bilərdi, amma içində gizli bir ümid yanırdı...Onu görmək, gözləri ilə onun doya-doya sarıla bilmədiyi boyunu , oxşaya bilmədiyi saçlarını oxşamaqla həsrətini öldürmək ümidi...Hər şeyə son qoymaq üçün Qadın məhz bu ümidi öldürməliydi. Qadın qatil olmaq istəyirdi, Yarımçıq yaşanmış bir sevgini əbədi dəfn etmək istəyirdi... Bilirdi ki, bu sevgini dəfn etməklə özünü dəfn edir. Özünü dəfn etməklə hər gün təkrarladığı ”Yaşam umudum daha mən yoxam, mən sənəm” pıçıltılarını da dəfn edir. Qadın özünü dəfn etməklə özündən qisas almalıydı. Möhtəşəm bir qisas... Qadın sevgisindən, qadın səhvindən, qadınlıqdan alınan qisas... Axı necə?
Bu gün qadın soyuqqanlı idi. Adəti üzrə yenə qələmini götürüb yalnız böhranlı anlarında yazdığı cızma-qara dəftərçəsinə yaxınlaşdı və yazdı. “ Hər doğmuş sevgidə bir qadın doğulur. Hər ölmüş sevgi ilə bir qadın ölür. Hər ölmüş sevgi bir qadın məzarıdır. Qadın sevgisi qadın səhvidir. Hər səhv bir qadının ömür ləkəsidir. ” Sonra dəftərini cırıb atdı...Kimə gərəkdir ki, mənim sevgim, iztirablarım... Onun xatirəsini yaşadan hər şey yox olmalıdır...ona olan duyğularımı əks etdirən bu cızma qaralar da... əsas isə mən yox olmalıyam mən, axı O, məndədir , ağrıya çevrilib boğazımda düyünlənib qalıb, neştər kimi ürəyimi daim sancır, ax, çox incidir, çox...bu ağrıdan xilas olmalıyam deyə düşündü. Telefonu əlinə alıb O`na mesaj yazdı. Canım, yaşam umudum. Sizə çoxdan eşitmək istədiyiniz, arzuladığınız bir xəbər vermək istəyirəm. Sizi yoxluğumla xoşbəxt edəcəyəm...Sizi yoxluğumla sevindirəcəm!
BAHAR TURAN
Araşdırmaçı, yazar

Bu xəbər oxucular tərəfindən 1134 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |