08.10.2017 [08:31] - Gündəm, DAVAMın yazıları
Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında oxuduğum illərdə attestasiya zamanı ən çöx ehtiyat etdiyimiz akademik Ziya Bünyadov idi.
Sonralar Ziya Bünyadovla dostlaşdıq. Görkəmli alimi dostumuz Faiqin köməkliyi ilə Elxan Əmirvəyovun direktor olduğu Araz Ekologiya Liseyinə şagirdlərin görüşünə dəvət etdik.
Maraqlı söhbətimiz alındı.Bir yerdə şəkil çəkdirdik.Yenə də ehtiyat edib dərin söhbətlərə meydan açmadıq.
Söhbət zamanı akademik əlimdəki "Qirmızı terror " kitabını görüb söhbətin məcrasını dəyişdi. Kitabın yazılması zamanı arxivlərdə rastlaşdığı hələ çap olunmamış materiallardan söz açdı.(Kitabı alimlə görüşə abtoqraf yazdırmaq üçün aparmışdım. Amma ehtiyat edib , bu fikrimdən daşındım ki, birdən yersiz söz-söhbət yaranar).
O görüşün şəkilləri ,yəqin ki, E.Əmirbəyovda qalıb.
Yeri gəlmişkən qeyd edim ki,Ekologiya Liseyinin 10-15 müəllimi Akademiyanın kadrları idi: dilçi İsmayıl Məmmədov, kimyaçı Vəli Əliyev, Mahmud Kərimovun dostu Valentin Kojarin, sənətşünas Cəmilə müəllimə və başqaları.
Biz o vaxtlar respublikamızın ilk fərqli məktəblərindən birini açanda akademiya ilə ciddi əlaqələr qurmağı planlaşdırmışdıq.
Liseyə işləməyə dəvət etdiyimiz alimlərin hamısı Z.Bünyadovun xasiyyətinə bələd idi. Ziya Bünyadov hamımızın sevimlisi idi.
İndi mən inaha bilmirəm ki, Ziya Bünyadov Abdülbaqi Gölpınarlını yaxşı tanımırmış.
A.Gölpınarlı əslən Azərvaycandandır, atası Şəkidəndir. A. Gölpınarlı Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarından olub.Nəsimini, M.Füzulini,Molla Nəsrəddini tədqiq edib,onların Türkiyədə tanınmasında əhəmiyyətli elmi işlər görüb.
Mən son 2-3 il ərzində A.Gölpınarlının həyat və yaradıcılığı haqqında 10-15 məqalə yazmışam.Məqsədim unudulmuş,yaddan çıxmış dünya şöhrətli ədəbiyyatşünas alimi həmyerlilərnə, Azərbaycana tanıtmaq olub.
A.Gölpınarlı Azərbaycanda yaxşı tanınan professor Fuad Köprülüzadənin rəhbərliyi ilə elmi əsərlər yazıb.Sonralar onlar elmi yaradıcılıqlarındakı fikirlərə görə əqidə dostluğundan uzaqlaşıblar.
A.Gölpınarlı haqqında yazdığım məqalələr Azərbaycan və Türkiyə mətbuatında işıq üzü görmüşdür. Təəssüf ki, nə Şərqşünaslıq İnstitutu , nə də Ədəbiyyat İnstitutu bu yazılara reaksiya verməyib. Vaxtilə "Ədəbiyyat qəzeti"nin redaktoru olan Vəfalı Ayaz müəllim də A.Gölpınarlı haqqında yazdığım yazını 2 il arxivində bərk-bərk saxladı,nədənsə, çap etməyə cəhd göstərmədi.Amma sonralar bu mövzuda dostlarımızdan birinin yazısını oxuculara çatdırdı.
Ayaz müəllimin dediyinə görə o, Füzuli haqqında tədqiqatında A.Gölpınarlının adını çəkib. Amma burada da A.Gölpınarlını məhz Türkiyə alimi kimi tanıdılıb.
Hə...Yenə də qayıdıram elminə,biliyinə inandığımız və güvəndiyimiz akademik Ziya Bünyadov və A.Gölpınarlı məsələsinə.
Ziya müəllim Nəsimi haqqında yazdığı çox möhtəşəm məqaləsində(Məqalə akademikin ölümündən bir neçə il sonra çap edilib) A.Gölpınarlı oxuculara Türkiyə alimi kimi tanıtmışdır. Doğrudanmı, yerin altını da,üstünü də bilən Z.Bünyadov Abdülbaki Gölpınarlının əslən Azərbaycanlı olduğunu bilmirmiş?
İnanmıram...
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.
Ədəbiyyat
1.A.Gölpinarlı. Nəsimi.İslam ensiklopediyası.İstanbul, 9-cu cild, 1964. səh.206-207.
2.Nazim Nasreddiov. A.Gölpınarlı(100-1982). "Halduncezayirlioğlu koleksiyonu", Ankara,06.05.2012.
3.Nazim Nəsrəddinov. Göybulaqlı (Golpınarlı-N.N.) Türkiyə alimi- Azərbaycan mühaciri Abdülbaki Gölpınarlı.
"Modern.az"saytı, 23.06.2012,
4.Nazim NƏSRƏDDİNOV. Azərbaycanlı Türkiyə alimi Abdülbaki Gölpınarlı - (1900-1982)
"DAVAM.az". 27.03.2015.
5. Ziya BÜNYADOV."Azərbaycan şərqşünaslığı" jurnalı; N1, 2009.”
6..Elmin Nuri.Akademik Ziya Bünyadovun fərziyyəsi :"Nəsimini diri-diri soymayıblar".
"Modern az", 10.10.2013-cü il"

Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |