Şrift:
Asılılıq yaradan qidalar
09.10.2017 [06:28] - Sağlıq
Qidalarla bağlı araşdırma aparan mütəxəssislər bəzi yeməklərin beyinə mənfi təsir etdiyini və asılılıq yaratdığını ortaya çıxarıb.

Asılılıq yaradan qidaların siyahısını təqdim edirik:

Mütəxəssislər asılılıq yaradan qidalara 1 ilə 7 arasında xal verib. Sevsək də, dadına baxmaqdan imtina edə bildiyimiz yeməklər 1 xalla, heç cür imtina edə bilmədiyimiz yeməklər isə 7 xalla qiymətləndirilib.

Pizza - 4.01

Bir dilim pizzada 300 kalori və 10 qram yağ var. Ət əlavə olunduqda isə kalorisi 360-a qalxır.

Şokolad - 3.73

Drexel Universitetinin apardığı araşdırmalara görə, şokoladın beyində yaratdığı təsir narkotikin yaratdığı təsirə çox bənzəyir.

Kartof çipsiləri - 3.73

Şokoladın yaxın dostu kartof çipsinin 30 dənəsi 320 kalori və 20 qram yağ ehtiva edir.

Peçenye - 3.71

4 orta boy peçenyedə 192 kalori və 10 qram yağ var. Aparılan təcrübələrdə siçanlara peçenye veriləndə kokain asılılığı ilə ekvivalent reaksiyalar ölçülmüşdür.

Kola - 3.29

Qazlı içkilər xərçəng, köklük və yüksək təzyiqin əsas səbəblərindən biri kimi göstərilir.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed