Şrift:
Əlyazmalar İnstitutunda “SABAH” qrupunun tələbələri üçün növbəti dərs təşkil edilir
09.10.2017 [10:33] - Gündəm, Gənclik
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni üzrə dərslərdə iştirak edirlər.

Son dərsdə dinləyicilərə “Kitabi-Dədə Qorqud” dastanı haqqında mühazirə oxunub. İnstitutun əməkfaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda qorunub saxlanılan foto sürətləri əsasında tələbələrə abidə ilə bağlı geniş məlumat məlumat verib. O, institutda dastanının tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Mühazirəçi sonda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, institutda “SABAH” qrupunun tələbələri üçün mütəmadi olaraq dərslər təşkil edilir.


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 4927509
ibrahimquliyev27@gmail.com
Bu xəbər oxucular tərəfindən 1047 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed