Şrift:
Ermənilər dolmaya sahib çıxmağa çalışırlar
29.05.2012 [15:26] - Hadisə
Bədnam qonşularımız türk mətbəxinə məxsus daha bir yeməyi mənimsəməyə cəhd edirlər

Ermənilər türklərə məxsus daha bir dəyərə sahib çıxmağa çalışırlar. Bədnam qonşularımızın bu dəfə hədəfində milli xörəyimiz olan dolmadır. Belə ki, Ermənistanda bir qrup şəxs dolmanın bir erməni yeməyi olaraq qeydiyyata alınması hökumətə müraciət edib. Ermənistan adətlərini inkişaf etdirmə və qoruma dərnəyi hökuməti dolmanın azərbaycanlılardan öncə erməni mədəni mirası kimi siyahıya daxil edilməsi üçün addımlar at mağa təşviq edir.

Mütəxəssislərin sözlərinə görə, Osmanlı dövründə dolmanın onlarla çeşidi olub. Ermənilər də bu dövlətin ərazisində türklərlə birgə yaşayıblar və indi onlar birgə yaşadıqları xalqların mətbəx mədəniyyətini mənimsəməyə çalışırlar.

Beynəlxalq türk mədəniyyəti təşkilatının Azərbaycan təmsilçisi Elçin Qafarlı isə öz növbəsində dolma sözünün "içini doldurmaq" felindən yarandığını və ənənəvi bir türk yeməyi olduğunu bildirib.

Türkiyə Aşbazlar Federasiyasının sədr müavini Adnan Öztürk də içində şəkər və zeytunyağı olan yeməklər hazırlayan mətbəx olmadığını bildiribtürk mətbəxindən başqa .

Aşbazlar Federasiyasının rəhbəri Yalçın Manav da ermənilərin növbəti oğurluğunun qarşısını almaq üçün təcili işlər görülməli olduğunu deyib.

Xatırladaq ki, ermənilər UNESCO ötən il Türkiyə adına "Qeyri maddi mədəni irs" siyahısına" yerləşdirdiyi ənənəvi toy yeməyi olan keşkekə də sahib çıxmağa cəhd göstəriblər. Ermənistan adətlərini inkişaf etdirmə və qoruma dərnəyinin rəhbəri Sedrak Mamulyan keşkəyin erməni mədəniyyətinə aid olduğunu, adının isə "Harissa" olduğunu iddia edirdi.
Bu xəbər oxucular tərəfindən 1219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed