10.10.2017 [05:53] - Gündəm, DAVAMın yazıları
Oktyabrın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə, 28 ünvanında yerləşən binasının dördüncü mərtbəsindəki akt zalında elmi-metodiki seminarların bir neçə fənn üzrə məşğələləri keçirilmişdir.Seminarlarda iş planı təsdiq olunmuş,görüləcək işlər müəyyənləşdirilmişdir. Müzakirələrdə orta və ali mətəb müəllimləri,AMEA-nın müvafiq institutlarının əməkdaşları fəal iştirak etmişlər.
Elmi-metodiki seminarların iş planında il boyu müzakirə ediləcək məsələlər,fəaliyyət istiqamətləri belə müəyyənləşdirilmişdir.
1. İş planının müzakirəsi və təsdiqi;
2. 2018-ci ildə keçiriləcək buraxılış imtahanlarının, hərbi liseylərə və ali təhsil müəssisələrinə isə qəbul imtahanlarının proqramlarının müzakirəsi və təsdiqi;
3. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili;
4. Qəbul imtahanlarında abituriyentlərin fənlər üzrə cavab verməkdə çətinlik çəkdikləri bəzi test tapşırıqlarının izahlı həllinə dair metodiki tövsiyələrin hazırlanması;
5. 2018-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları üçün yeni modellərin hazırlanması və müzakirəsi;
6. Buraxılış və qəbul imtahanlarına hazırlaşanlar üçün vəsaitlərin tərtibi ilə bağlı müzakirələrin keçirilməsi.
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə seminarı giriş sözü ilə Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva açdı. Seminarın rəhbəri BDU-nun professoru Tofiq Hacıyev məruzə ilə çıxış etdi
Seminarda bayram əhval-ruhiyyəsi hiss olunurdu.Bu da səbəbsiz deildi. Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə DİM-in Azərbaycan dili fənni üzrə ekspert Ədalət Əsədov Azərbaycan Respublikasının əməkdar müəllimi fəxr adına layiq görülmüşdür.
Ədəbiyyat fənni üzrə ekspert Ataəmi Mirzəyev Ədəbiyyat İnstitutunun Elmi Şurasınn müvafiq qərarı ilə İLİN ALİMİ adını qazanmşdır.
Seminarınən fəal iştrakçılarından biri Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılova bu günlərdə ciddi elmi-tədqiqat işi kimi Koroğlu dastanının 1929-cu il nəşrini çapa hazırlayaraq oxucuların mütaliəsinə yönəltmişdir.
Bakı Türk Liseyinin (Türkiyənin Dəyanət Vəqfi) müəllimi Saməddin İbrahimovun dərs dediyi şagirdlər ali məktəblərə qəbul imtahanlarından bu il də ən yüksək nəticə göstərənlərin cərgəsindədirlər.
Seminar iştirakçısı Nəriman Abdulovun tədbirdən sonra çəkdiyi bir neçə şəkli oxuculara təqdim edirik.
Növbəti seminarda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iştirakı və çıxışı gözlənilir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
DİM-in sələfi TQDK-nın Azərbaycan dili və ədəbiyytı fənni üzrə ilk seminar rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
10..10.2017.

Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |