29.05.2012 [19:47] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Hörmətli sədr, hörmətli həmkarlar, mən Parlamentdə təmsil olunan Milli Dircəliş Hərəkatı partiyasının sədri və Avronest parlament Assambleyasının üzvü kimi bəyan edirəm ki,
Avropa parlamenti tərəfindən bu ilin may ayında Azərbaycana qarşı qəbul olunan qətnamə, qəbul olunduğu şərait və tərkibdən də görünür ki, Avropa parlamentinin deyil, erməni lobbisinin təsiri altında olan kiçik bir parlamentarilər qrupunun iradəsidir. Qətnamədə göstərildiyi kimi, nəzərə alsaq ki,
- Azərbaycan Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığında fəal iştirak edir və sözügedən bu iki təşəbbüsün təməl dəyərləri olan demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə sadiqdir;
-Ölkədə yaşayan bütün vətəndaşların dinlərinə, mədəniyyətlərinə tolerant yanaşma ən yüksək səviyyədədir;
-Azərbaycan özünün inkişaf və siyasi prioritetlərində, üzünü Avropaya tutub;
-Bölgəsəl ,qlobal təhlükəsizlik sistemində Avropa təsisatlarında yer alır,
Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri kimi Avroatlantik məkana inteqrasiyanı həyata keçirir, ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub, 2002-ci ildən NATO PA-ya assosiativ üzv qəbul edilib;
-Avropanın enerji təhlükəsizliyində əvəzedilməz tərəfdaşdır
onda, Avropa parlamenti tərəfindən Azərbaycana qarşı qəbul olunan qərəzli qətnamə,təəssüf,təəccüb,məyusluq və inamsızlıq doğurur.
Sənəddə H bəndi,B bəndi,7-ci bənddə Azərbaycanın Avropa Birliyi, eləcə də Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəliklərə istinad olunur.Bir daha xatırladırıq ki,beynəlxalq təşkilatlar Beynəlxalq hüququn törəmə subyektidir və öhdəliklər qarşılıqlıdır.
-Bu halda sual yaranır.Niyə indiyə qədər BMT-nin 4 qətnaməsini ATƏT-in iki tövsiyəsini həyata keçirməyən Ermənistana qarşı sanksiya tətbiqi çağırışı yoxdur?
-A bəndində sosial şəbəkə fəalları arasında geniş vüsət almış qorxu hissinin bərqərar olmasından bəhs edilir,niyə oyuncaq formalı bombaları suya buraxib uşaqları qətlə yetirən,işğal etdikləri ərazilərdən dinc sakinlərimizi gülləyə tutub qorxu yaradan Ermənista eyni tonda xəbərdarlıq olunmur?
-F bəndində göstərilir ki,” yüzlərlə mülk şəffaf olmayan prosedura və məsuliyyətsiz şəkildə müsadirə edilmiş və Bakıda minlərlə sakin inkişaf proyektləri adı altında köçməyə məcbur edilmişdir”.Bakıdakı yenidənqurmaya bu münasibəti görüb ,soruşmamaq olmur
-1 milyon insan ata yurdları Ermənistan və işğal olunmuş Azərbaycan rayonlarindan qovulub,hamisının mülkü dağıdılıb,əmlakı talan olunub.Niyə bu mülkiyyət hüququ pozuntuları AP və digər Beynəlxalq təşkilatlar tərəfindən eyni sərtliklə qınanmır və Ermənistandan kompensasiya tələb edilmir?Bu sualları artırmaq mümkündür.
- Azərbaycana qarşı Avropa Parlamentinin qətnaməsində yer alan əsassız iddialar dünyəvi və demokratik inkişaf yolu seçən Azərbaycan Respublikasına qarşı aqressiv siyasət yürüdən dövlətlərin maraqlarına xidmət edir.Açığı,bu sənəd Rusiya və İranın işinə yarayır.Avropa Parlamentinin qərəzli qətnaməsi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən layihələrin perspektivini şübhə altına alır, regional əməkdaşlığa və inteqrasiya prosesinə ciddi zərbə vurur.Ümid edirik ki, bu mötəbər qurumun ən yaxın zamanda Azərbaycanın Qafqaz tənliyində yerini və önəmini anlayacağının,yanliş və qərəzli münasibətinin dəyişməsinin şahidi olacağıq.
29/05/2012

Bu xəbər oxucular tərəfindən 2240 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |