10.10.2017 [07:24] - Xəbərlər, DAVAMın yazıları
1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycanın müstəqilliyi üçün çalışan bir qrup ziyalımız xarici ölkələrə üz tutdu. Onlar getdikləri ölkələrdə Vətənimizi bolşeviklərin işğalından azad edib, yenidən müstəqilliyinə qovuşdurmaq üçün canları bahasına mübarizə apardılar. Daha sonra İkinci Dünya Müharibəsində iştirak etmək üçün cəbhəyə göndərilən ziyalılarımızın bir qismi rus ordusunda döyüşməkdən imtina edərək Avropaya keçirlər. Keçdikləri ölkələrdə Azərbaycanın istiqlalı üçün mübarizə aparan soydaşları ilə birləşib, birgə mübarizə aparırlar. Ancaq görünür, onların da arasında hansısa müəyyən narazılıqlar baş verib. Bu söz-söhbətləri onların yazdıqları və günümüzə gəlib çatan məktublarından da aydın görmək mümkündür.
Elə götürək legioner Əbdürrəhman Düdənginskinin 1952-ci il noyabrın 5-də Fransada mühacirətdə olan Ceyhun Hacıbəyliyə məktubunu. Ə.Düdənginski məktubunda C.Hacıbəyliylə ümumi fəaliyyətləri haqqında öz giley-güzarını qeyd edib.
Enter.News tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun araşdırmalarından əldə etdiyi həmin məktubu yayımlayıb.
"ƏZİZİM CEYHUN BƏY!
Çox təəssüflər olsun ki, mənim dəlillərim Sizi razı salmadı. Mən sizə yazdım ki, bu hesabatın ilk məqaləsi “Azad Qafqaz” jurnalında çıxdı. Avtorxanın məlumatına görə amerikanlar, xüsusilə də D.L onu yüksək qiymətləndirdilər. Əgər onlar bunun hamısının dövrə uyğun olmadığını hesab etsəydilər, onda bu haqqda jurnalın naşiri Avtorxanın özünə deyərdilər, çünki Amerikanın ictimai fikrini onlar bizdən yaxşı bilirlər. Bununla yanaşı, hələ Amerika əsirliyində olduğum vaxtda yazdığım bu hesabat D.L-ya oxumağa verilmişdir və o demişdir ki, bunu çap etdirməyə mane olmayacaq. Artıq bildiyiniz kimi müharibədən sonrakı illərdə legionlar haqqında cildlərlə kitablar yazılıb. Onlar haqqında müsbət rəyi Amerika publisistləri verib. Üç il bundan əvvəl Qəyyum xan Türküstan Qurultayını qeyd etdi və hər il bunu qeyd edir. Edinburqda tribuna qarşısında onlar böyük fərəhlə almanlarla birgə vuruşmuş yüz minlərlə türküstanlıların vuruşduğunu bildirdilər. Mən hələ müharibə vaxtlarındakı öz nişanlarını sinələrində gəzdirənlərdən danışmıram. Qədim sosialist Abramoviç onlarla birləşməyin vacibliyini deyir.
Siz bilirsiniz bizim haqqımızda o şey qalmırdı yazmasınlar, həmçinin onların təhriki ilə 1945/46- cı illərdə Roma mətbuatında çoxlu məqalalər çıxdı. Bu hesabatla həqiqət bərqərar olundu və almanların bu həqiqəti təsdiqləyən məktubu bizim xalqın adı üçün dəyərli hədiyyədir. İndi isə Sizin məktuba keçək. Bu məktub mənə Sizin əvvəlki məktublarınızı anlamaqda kömək etdi. Onların birində Siz yazmışdınız: Sizin D.L ilə danışığınızdan və onun mənə fransız nəşrinə qarşı olduğumu deməsindən. Mən Sizə artıq izah etmişəm ki, bu onun şəxsi fikridir, mən tutduğumuz nöqteyi-nəzəri qoruyuram. D.L eynən belə dedi: “Fransız nəşrinə ehtiyac yoxdur; əgər Hacıbəyli Parisdə yaşamasaydı və fransız dilini bilməsəydi heç kim fransız nəşri haqqında sual qoymazdı”. Onun təkidinə görə mən kompromis təklif etdim ki, nəşr üç dildə - rus, ingilis, fransız dillərində bir-birini əvəz etsin. Bununla mən Hacıbəylinin tələblərinin artmamasına nail oldum.
Digər bir tərəfdən əgər o bizə fond ayırsaydı, biz onu özümüz bölüşdürərdik və harda hansı dildə jurnalın çıxması bizim işimiz idi. Təkrar edirəm, əgər fond 5 dəqiqəlik Sizdə olsaydı bu haqqda danışardıq. Bizə fond ayırma müddətini uzatmaq üçün o bizim aramızdakı mübahisələrdən danışmağa başladı. Mən ona necə cavab verdiyimi Sizə yazmışam. Mən ona həmçinin dedim ki, biz yeni status qəbul etmişik və burada Məclisin sədri yox, məsuliyyətli spikerləri olacaq. Mən Türkiyədən Sizə yazdım ki, sədrliyi qəbul edəsiniz. Siz mənə cavab verdiniz ki, gizli yaşamaq istəyirsiniz (məktub durur). Əgər Siz razılaşsaydınız, mən görkəmli legionerləri, bütün üzvləri məlumatlandırardım və onların razılığı ilə öz səlahiyyətimi Sizə verərdim. Bütün bunlardan sonra hansısa “hörmətli istefadan” danışmaq mənə aydın deyil. D.L-nin Parisə gəlməsi haqda Sizə xəbər verməməsi Sizin düşündüyünüzlə yox, tamamilə başqa şeylə izah olunur. “Visbaden”in dövründə və sonralar hələ hər hansısa təşkilatın yaranmasına ümid olan vaxt o, hamı ilə mehriban idi, çünki Sizin hamınıza ehtiyacı var idi, indi isə ehtiyacı yoxdu və o, hamı ilə görüşdən qaçır və burada heç kimlə görüşmür. Bir ay bundan qabaq isə Avtorxan və Kananbayla danışıqları qurtarmamış o qalxdı və dedi: “Mən yorulmuşam”. Əvvəllər o, bunu etməzdi, çünki onda onun belə adəti yox idi. Özü də mən cənab Aleksandrla görüşmüşəm (o, yenidən gəldi). O, mənə dedi ki, D.L öz səhhətinə görə Hacıbəyli ilə görüşə bilmədi.
İndi isə Sizin bir məktub haqqında: burada Siz yazırsınız ki, mən o qədər işləmişəm və redaktor kimi özümü göstərməli idim. İndi mən bunu belə başa düşürəm, Sizin fikrinizcə mən sizin arxanızda gizlənməyi qərara almışam.
Bildiyiniz kimi müharibə qurtarandan sonra mən bütün ordenlərimi taxıb amerikalıların yanına getdim və bildirdim ki: “Bu milli azadlıq hərəkatına mən rəhbərlik etmişəm və bizim hərəkata iradı olan hər bir xalqın məhkəməsi qarşısında cavab verməyə hazıram”. Mən bu gün yazdığım hər bir şeyi hələ o vaxt yazıb və deyirdim. Bəyannamələrin surətləri durur. Mən heç vaxt gizlənməmişəm, xüsusilə də indi buna ehtiyac yoxdur. Ona görə ki, qərara alıblar redaktor Siz olasınız, odur ki, Sizin soyadınızı qoydular. Əgər mən bilsəydim ki, bu qədər başım ağrıyacaq öz soyadımı qoyardım.
İndi isə Visbaden və Visbadendən sonrakı vəziyyət haqqında.
Qantəmirin, Fuadovun təxribatına görə bütün kütlə bizdən üz döndərə bilərdi. İsmayılın məlumatına görə Məcidin də artıq bu yola qurşanmasını demək kifayətdir. Əflan isə mənə yazırdı ki, o nümayəndə heyətini təhqir edən iclasda iştirak edib. O, Sizi və həqiqi vəziyyəti və mənim heç vaxt iclasda iştirak etmədiyimi, iştirak edənlərdən isə heç birinin mənim adımı çəkmədiyini biləndə susmağa qərar verdi. Mən “Noy-Olm” da olanda legionerlərdən aşağıdakını eşitdim: Daha dəqiq desək, dr. Oroys “Ukrayna xəbərləri” qəzetində yazdığı hər şeyi onlardan eşitdim. Bax Visbadendən sonra hansı vəziyyətə düşdük. Axı sizdən - nümayəndə heyətindən heç kim həqiqəti bərpa etmək üçün heç nə etmədi. Kütlənin bütün təzyiqini mən üzərimə götürdüm, bununla mən sadəcə borcumu yerinə yetirdim, qeyri-adi heç nə etmədim. Allaha şükürlər olsun, həqiqət bərpa olundu və Sizin namusunuz tarix qarşısında qorunub. Mən bunların hamısını Sizə yazmırdım ki, qanınızı qaraltmıyım.
Bax indi Əflan nə yazır: buna qədər isə onlar bizim nümayəndə heyətinin kəskin çıxışını tələb edirdilər. Bizim nümayəndə heyətinin fikrincə isə Abolar, Əflanlar döyməlidirlər, yəni silah daşıyanlar olmalıdılar, nümayəndə heyəti isə bəyannamələri imzalamalıdır, onları çirkaba salan və onların namusunu təhqir edən alçaqlarla yüngülvari mübahisə etməlidilər. Necə yəni?
Bizim nümayəndə heyəti “qafqazlılara” əl uzatmağa hazırlaşır. Amerikadan olan etiraza gəldikdə isə onu alıb lazımı cavab verdim. Burada onlar üçün “qapazaltı” yoxdur, qoy özləri özlərini kütlə qarşısında müdafiə etsinlər. İsmayılın özü yazırdı, indi isə deyir ki, mənim imzamı götürün ordan, sən demə biz silahdaşıyanlar hücum etməliymişik.
Mən bizim Amerika nümayəndələrimizə məktubla müraciət etdim və mücahid qismində nümayəndə heyətinə dərin inamımı və bəyannaməni iki əlimlə imzaladığımı bildirdim. Orada İsmayıl hücumdan özünü qoruyaraq bildirdi ki: “biz bəyannaməni imzalamadıq, qəbul etdik”. Əlbbəttə, səhv etdi. Lakin mən məktubda həmçinin xatırlatdım ki, jurnalda hər yerdə mən rusların qaçışından sonra “qəbul etdik” sözünü “imzaladıq” sözü ilə əvəz etmişəm. Rusların nədən qaçmasından möhkəm yapışmalıyıq. Elə bununla İsmayıl qorunur.
İndi isə mətn haqqında. Birinci hissə qəbul oluna bilər, ikinci hissə isə başlıqla uyğun gəlmir: “Visbaden bəyannaməsini imzalamış Azərbaycan nümayəndə heyətinin ərizəsi”. Ona görə o redaksiyalı ola bilməz. Mən aşağıdakı mətni təklif edirəm: “Məqalənin altına baxmadan “Azərbaycan nümayəndə heyətinin ərizəsi...”, “Ə.Fətəlibəyli” əvəzinə “C.Hacıbəyli” imzası qoyulub. Türkiyədən gələn kimi Visbaden bəyannaməsinin mətni ilə tanış olduqdan sonra gecikmədən öz imzamı bu sənədə birləşdirdim. Tez bir zamanda mən legionerlərə müraciət edib “Qafqaz” jurnalını nəşr edənləri daha tam şəkildə xarakterizə edəcəm ki, bununla onların Azəri türkləri arasında qalmaqal yaradan təxribatcı fəaliyyətlərinə son qoyulsun. Hörmətli C.Hacıbəylinin “Qafqaz”ın demaqoq çıxışları haqqında yazdığı məqaləsi Azərbaycanın sonrakı nömrəsində çıxacaq. Başqa yolu yoxdur. Məqalənin başlığı imkan vermir, İsmayılın imzası isə qalmalıdır. “...Daha tam xarakterizə edəcəm” deyərək bununla məqalədə verilmiş insanların xasiyyətnaməsini mən özümə götürürəm.
Xahiş edirəm məni başa düşün. Mən böyük məmuniyyətlə öz imzamı qoyardım, əgər başlıq nümayəndə heyəti ilə bağlı olmasaydı.
Xahiş edirəm tezliklə öz fikrinizi bildirəsiniz.
İndi isə təşkilat haqqında. Təşkilat məsələsi həll olunub, yeni status imzalanıb, indi bizim bu statusu jurnalın gələn nömrəsində elan etmək və yeni statusa keçmək, ona ciddi riayət etmək qalıb. Hər hansısa bir yeni təşkilat haqqında danışmağa ehtiyac yoxdur. İndiyə qədər hadisələr imkan verməyib ki, tamamilə yeni, nə “sədlərin”, nə “prezidentlərin” olmadığı tam demokratik statusa keçək.
D.L gəldi və Layons həyat yoldaşı ilə buradadı. Onların şərəfinə burada şənbə günü qonaqlıq təşkil olunub və məni də bura dəvət ediblər. Onlarla görüşən kimi nəticəsini sizə xəbər verəcəm.
Sizi,Timuçini və balaca Hacıbəylini bağrıma basıb öpürəm, madamın qarşısında baş əyirəm.
Həmişə Sizin Abo
11.5.1952.Münhen”
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |