30.05.2012 [10:20] - Xəbərlər
Azərbaycan iki gənc şairin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin taleyinə aydınlıq gətirilməsi məqsədilə İrana iki nota göndərib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Notalardan biri Azərbaycanın Tehrandakı səfirliyi, digəri isə Azərbaycanın Təbrizdəki baş konsulluğu vasitəsilə göndərilib.
Onun sözlərinə görə, İran Azərbaycan vətəndaşlarının bu ölkəyə gəlməsini rəsmən təsdiqləməyib. Azərbaycan tərəfi bir neçə məktub göndərib, həmçinin İranın müvafiq dövlət qurumları ilə bir sıra görüşlər keçirib, lakin Azərbaycan tərəfinin bütün səyləri hələlik nəticəsiz qalıb.
"Azərbaycan vətəndaşlarının problemlərini həll etmək Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin prioritetidir. Azərbaycan dövləti öz vətəndaşlarının ölkəyə qayıdışı üçün bütün cəhdlərdən istifadə edir, çünki vətəndaşlarımız bizim üçün əzizdir", - Abdullayev bildirib.

Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |