11.10.2017 [10:48] - Gündəm, Hadisə
Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan “Oyal” şirkəti tərəfindən təqdim olunan ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi “fars ədəbiyyatının nümayəndəsi” və “farsdilli şair” kimi göstərilməsi ilə bağlı mübahisələrə ziyalılar da münasibət bildirib.
Kult.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu və ya digər səbəbdən başqa dildə yazmış yazarın əsərlərinin mənsub olduğu xalqın ruhunu, mifologiyasını, məişətini yazdığı dilə köçürdüyü halda həmin yazarın təmsil etdiyi xalqa məxsus olduğunu vurğulayıb. O qeyd edib ki, bizim ədəbiyyata baxışımızda dil amili önəmlidir:
“Ancaq yetərli deyil. Bir yazarın ana dilində yazması onun həmin dilin daşıyıcısı olan xalqa aidliyi üçün ən birinci şərtdir. Ancaq hazırda dünyada öz ana dilindən başqa dildə yazanlar da çoxdur. Məsələn, Çingiz Aytmatov. Rusca yazıb, ancaq bütün əsərləri qırğız ruhunun tərcüməsidir. Demək qırğız yazarıdır. Digər bir tanış nümunə isə Çingiz Hüseynovdur. Azərbaycan məişətini və xarakterini rus dilindəki əsərləri vasitəsi ilə təqdim edib. Heç şübhəsiz Azərbaycan yazarıdır. Eləcə də Məhəmməd Əsəd bəy. Əksər əsərləri Azərbaycan mühitinin və xarakterinin almanca tanıtımıdır. Azərbaycan yazarıdır”.
Filologiya üzrə fəlsəfə doktoru Vurğun Əyyub da Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu vurğulayıb:
“Nizami Azərbaycan şairidir, türkdür (özü bunu dəfələrlə deyib), amma farsca yazdığı üçün farsdilli ədəbiyyatın nümayəndəsidir”.
V.Əyyub bildirib ki, ədəbiyyatın hansı dildə yazılması vacibdir:
“Ədəbiyyatın əsas silahı dil olduğu üçün hansı dildə yazmağın əhəmiyyəti böyükdür. Bilirəm ki, bu çox mübahisəli məsələdir. Bir millətə mənsub olub başqa dildə yazan ədiblər çoxdur, onların hamısını vahid meyarla qiymətləndirmək çətindir. Məsələn, Çingiz Abdullayev rus dilində yazır, amma Azərbaycan yazıçısı hesab olunur. Onu da deyim ki, Nizaminin türkcə əsərləri olmuş olsaydı, təbii ki, bu bizə daha böyük şərəf verərdi. Amma farsca yazması onun türklüyünə, azərbaycanlı olmağına və dahiliyinə kölgə sala bilməz.
Nizaminin bütün əsərlərində türkçülük ruhu aparıcıdır. Amma bir gerçək də var ki, dil ruhun əsas daşıyıcısıdır”.
Qeyd edək ki, mübahisəyə səbəb “Oyal” şirkəti tərəfindən təqdim olunan ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi “fars ədəbiyyatının nümayəndəsi” və “farsdilli şair” kimi göstərilməsidir.

Bu xəbər oxucular tərəfindən 550 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |