Şrift:
Tehranın hərbi məhkəməsi nüvə aliminə ağır cəza verib
30.05.2012 [11:15] - Güney Azərbaycan xəbərləri
İranda nüvə obyektinin (təsisat) alimi Şerham Əmiriyə Tehranın Hərbi Məhkəməsinin 7-ci şöbəsi tərəfindən 10 il həbs cəzası və 5 il Bəluçistan vilayətinin Xaş şəhərinə sürgün cəzası verilib.Nüvə alimi düşmən dövlətlə əlaqə saxlamaqda, xaricə nüvə proqramı ilə bağlı informasiya ötürməkdə və milli təhlükəsizliyin əleyhinə fəaliyyət göstərməkdə təqsirləndirilib və 20 ay əvvəl həbs edilib.Qeyd edək ki, Ş.Əmiri 2009-cu ildə Həcc ziyarəti zamanı itib və bir müddət sonra ABŞ-da (Amerika Birləşmiş Ştatları) olması ilə bağlı xəbər yayılıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən qaçırıldığını deyən alim Pakistanın ABŞ-dakı səfirliyinə müraciət edərək İrana dönmək istədiyini bildirib. 2 gün sonra ölkəsinə qayıdan Ş.Əmiri İran rəsmiləri tərəfindən xoş qarşılanıb. Məsələ ilə bağlı münasibət bildirən ABŞ dövlət katibi Hillari Klinton alimin qaçırılmadığını, öz istəyi ilə ABŞ-a gedərək qonaq olduğunu və İrana döndüyünü deyib. Bir müddət sonra Ş.Əmiri həbs edilib.
Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed