30.05.2012 [11:51] - Xəbərlər
ABŞ Senatının xarici yardım təqdim etmə üzrə komissiyası 2013-cü il üçün xarici ölkələrə maliyyə yardımı layihəsinin öz versiyasını təqdim edib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, komissiya Dağlıq Qarabağdakı separatçı rejimə "münaqişədən zərər çəkmiş şəxslər"in və münaqişə ilə əlaqəli olanlara yardımı olduğu kimi saxlamağı nəzərdə tutur. Senat komissiya Dağlıq Qarabağdakı münaqişə tərəflərini sülh yolu ortaq məxrəcə gəlməyə çağırıb.
Komissiya növbəti il Ermənistana 27,33 milyon dollar maliyyə yardımı göstərməyi təklif edir. Bu məbləğdən 2,5 milyonu ümumdünya sağlamlıq proqramı, 2,82 milyonu isə beynəlxalq narkotiklərlə mübarizə üçün beynəlxalq nəzarətə sərf ediləcək. Daha 2,7 mln dollar hərbi məqsədlər, 600 min dollar isə beynəlxalq hərbi təhsil proqramlarının həyata keçirilməsinə ayrılacaq.

Bu xəbər oxucular tərəfindən 889 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |