Şrift:
18 Oktyabr müstəqillik günü
18.10.2011 [12:04] - Güney Azərbaycan xəbərləri
EŞQİM-AZADLIQ!

Tanrım!
Ölüm yatağında,
Ölüm də çox zor görünür,
AZADLIĞI olmayana!


Bir millət azad olunca millət olur!
Bir millət öz sözünə sahib olunca millət olur!
Və bir millət ancaq hürr olanda millət olduğunu təsdiq etmiş olur!
18 Oktyabr Azərbaycanın hürr olduğu gündür. Müstəqilliyini qazanmasının ildönümüdür. Çox qanlar bahasına alındı bu azadlıq, nələrin bahasına əldə edildi.
Zaman kimsəyə haqqı olmayanı vermir. AZADLIQ bizim haqqımız idi, illərdir əlimizdən alınırdı, çox görülürdü bizə. Amma 18 Oktyabr tarixi bu haqqı aldı və özümüzə qaytardı!
Bizim şərəf tariximizi 43 millət vəkili ləkələnməkdən qurtardı! Bilmirik digərlərinə tarix nə cəza verəcək amma bu aktı imzalayanları heç bir tarix unutmayacaq, nə Azərbaycan tarixi, nə də o vaxtkı imperiya tarixi bunu özünə bağışlayacaq.
Azərbaycan müstəqilliyini qazandı və bu gün öz bayram gününü qeyd edir.
“Davam” kollektivi olaraq bütün Azərbaycan xalqını, daha sonra istiqlalçı deputatların hər birini ayrı-ayrılıqda təbrik edir, onlara şərəf tariximizə atdıqları bu imza dolayısıyla Bütöv Azərbaycan adına minnətdarlıq bildiririk!

Əbədi istiqlal diləyilə
“Davam”çılar
Bu xəbər oxucular tərəfindən 3552 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed