13.10.2017 [11:26] - Xəbərlər, Türk dünyası-Turan
Beynəlxalq Türk Akademiyası Macarıstanın Qazaxıstandakı səfirliyi ilə birlikdə macar alimi, türkoloq-etnoqraf Mihaly Hoppalın araşdırmaları əsasında "Şamanlar – ayin və mərasimləri" adlı rəsm sərgisi təşkil edib.
Tanınmış dövlət xadimləri, türkoloq alimlər və diplomatların iştirak etdiyi tədbirdə çıxış edən akademiyanın prezidenti Dərxan Kıdırali tanınmış macar aliminin əsərlərinin qədim türklərin adət-ənənələri və dini inanclarının öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O, BMT Baş Assambleyasının 72-ci toplantısı çərçivəsində təşkil olunan Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə Macarıstanın Türk Akademiyasına müşahidəçi üzv qəbul olunmasını vacib əhəmiyyətli hadisə kimi dəyərləndirib, Macarıstanla Türk Akademiyası arasında yaradılan möhkəm əməkdaşlıq əlaqələrinə və elmi layihələrə də toxunub.
Macarıstanın Qazaxıstandakı səfiri Andraş Barani də Beynəlxalq Türk Akademiyasının qısa müddət ərzində xalqlarımızın tarixi və mədəniyyətinin tədqiqi sahəsində apardığı tədqiqatlardan məmnuniyyətini dilə gətirib. Səfir bildirib ki, Macarıstanın Beynəlxalq Türk Akademiyasına üzv olması, onun türkdilli dövlətlərlə əlaqələrinin daha da inkişafına təkan verəcək və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvlüyündə bir mərhələ olacaq.
Beynəlxalq Türk Akademiyasına müşahidəçi üzv qəbul olunmağın böyük əhəmiyyət daşıdığını deyən Andraş Barani bundan sonra Macarıstan bayrağının Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan kimi türkdilli dövlətlərin bayraqları ilə bır yerdə dalğalanacağını, indiyədək TürkPA-da müşahidəçi üzv olduqlarını və TÜRKSOY-la əməkdaşlıq etdiklərini vurğulayıb. Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ətrafında birləşən bütün təşkilatlarla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib.
Sonda səfir Macarıstanla elmi-mədəni əlaqələrin güclənməsindəki roluna və macar türkoloqlarının əsərlərinin qorunmasındakı xidmətlərinə görə akademiya prezidenti Dərxan Kıdıralinin Macarıstan prezidentinin sərəncamı ilə ölkənin ən ali dövlət mükafatı – “Macarıstanın Ləyaqət Ordeni” ilə təltif olunduğunu bildirib və mükafatı sahibinə təqdim edib.
İlahə Əhmədova

Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |