14.10.2017 [09:44] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək.
Bu barədə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, R.T.Ərdoğan Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edəcək.
Diplomatın sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu sadəcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, eyni zamanda bütün Avrasiya üçün önəmlidir: "Bu dəmir yolunun əhəmiyyəti ondan ibarətdir ki, Çin və Avropa məhz Bakı-Tbilisi-Qars vasitəsilə birləşəcək".
E.Özoral vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkələrimiz arasında olan mədəni və iqtisadi ələqələri daha da dərinləşdirəcək.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminin oktyabrın 30-da Bakıda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu ilə sərnişin daşımalarına 2018-ci ildən başlanacaq.

Bu xəbər oxucular tərəfindən 411 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |