Şrift:
Bərdədə 110 kilo at əti satışının qarşısı alınıb
14.10.2017 [12:26] - Hadisə
Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb.
Keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.
Ərazidən götürülən at əti rayon Baytarlıq İdarəsinin soyuducu anbarına yerləşdirilib. Eyni zamanda, atın ətindən və daxili orqanlarından pataloji nümunə götürülərək Respublika baytarlıq labaratoriyasına göndərilib.
Ekspert rəyindən sonra əlavə tədbirlər görüləcək.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed