Şrift:
Konstantin Zatulin: Rusiya Qəbələ Radiolokasiya Stansiyasından imtina edə bilər.
31.05.2012 [10:49] - Xəbərlər
Rusiyanın MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulin ölkəsinin Qəbələ Radiolokasiya Stansiyasından imtina edə biləcəyini deyib.
“Novosti-Armeniya” agentliyinin verdiyi məlumata görə, Zatulin Azərbaycanın tələb etdiyi icarə haqqını nəzərdə tutaraq bildirib ki, bu cür şişirdilmiş qiymətlər qəbuledilməzdir: “Azərbaycan tərəfi öz mövqeyində israr edərsə, Rusiya Qəbələ RSL-dən imtina etməyə məcbur olacaq”.
Ekspert Ermənistanda RLS tikintisi barədə yayılan informasiyalara da toxunub: “Bu planlar barədə heç nə bilmirəm. Hərbi-texniki mütəxəssis olmasam da, Rusiyadan kənarda RLS saxlamağın nə dərəcədə vacib olduğunu təsəvvür edə bilmirəm”.
K. Zatulin Rusiyanın Ukrayna ərazisindəki RLS-dən bir neçə il əvvəl imtina etdiyini də xatırladıb.
Bu xəbər oxucular tərəfindən 1117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed