Şrift:
Somalidə terror aktı qurbanlarının sayı 276 nəfərə çatıb
16.10.2017 [10:32] - Gündəm, Hadisə
Şənbə günü Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb.
Bu barədə Somalinin informasiya naziri Abdürəhman Osman xəbər verib.
***16:08
Şənbə günü Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, daha 200 nəfər yaralı var.
Bu barədə bazar günü "Sky News Arabia" telekanalı məlumat yayıb.
Oktyabrın 14-də Hodan rayonunda yerləşən mehmanxanalardan birinin binası yaxınlığında minalanmış yük maşını partladılıb. Bu, son illər Somalidə törədilmiş ən böyük terror aktlarından biridir. Bəzi məlumatlara görə, ərazidə ən azı iki partlayış baş verib.
Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.
***14:04
Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişoda törədilən partlayış nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Bu barədə təcili yardım xidmətinə istinadən "Al Jazeera" məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində yaralananların sayı 250 nəfər təşkil edir.
Oktyabrın 14-də Moqadişoda Hodan rayonundakı mehmanxana binası yaxınlığında partlayış baş verib. İnsidentə minalanmış yük avtomobili səbəb olub.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed