16.10.2017 [11:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycanın Avropa təsisatlarından təcrid olunmasında maraqlı olan dövlətlər var”
Xəzər Televiziyasının “Gündəm” verilişində AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi son iki qətnaməsi Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə müzakirə edilib. Partiya sədri qətnamələrin yaranma səbəbləri və mahiyyətindən danışaraq, bir qrup tərəfindən təşkil edilmiş məkirli niyyətin qarşısını almaq üçün təşkilatın rəhbərinin heç bir tədbir görməməsinin düzgün olmadığını bildirib. Millət vəkili bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyində götürülmüş öhdəliklərin tələb edilməsini, lakin verilmiş hüquqların qorunmadığını bildirib.
Qərbin yürütdüyü ədalətsiz mövqenin bumeranq effekti verdiyini deyən Fərəc Quliyev, bu münasibətin nəticəsi olaraq artıq Avropada yaranmış problemlərdən bir neçəsini sadalayıb və bildirib ki, indi nəinki Avropa Birliyinin, hətta Avropa dövlətlərinin təhlükəsizliyi sual altına düşüb.
Azərbaycanın Avropa Şurasından çıxması ilə bağlı aparıcının sualına cavab olaraq partiya sədri bildirib ki, Azərbaycanın Avropa təsisatlarından təcrid olunmasında maraqlı olan dövlətlər var ki, biz buna imkan verməməliyik. Bu səbəbdən o, Avropaya inteqrasiya prosesinin daha da inkişaf etdirilməsini, lakin Türk dövlətlərindən ibarət Türk Birliyinin yaradılmasının daha vacib olduğunu söyləyib.
Fərəc Quliyevin həmin müzakirədəki fikirlərinin videosunu təqdim edirik:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 647 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |