Şrift:
Lerik və Masallıda yeni sürüşmə sahələri yaranıb
16.10.2017 [16:10] - Hadisə
Lerik və Masallı rayonlarında yeni lokal sürüşmə sahələri əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib ki, Lerikdə Soru, Veri-Əliabad və Kirəvud, Masallıda isə Zuvand və Güllütəpə kəndlərində yeni lokal sürüşmə sahələri yaranıb.

Onun sözlərinə görə, buna həm təbii, həm də texnogen amillər səbəb olub. S. Əmiraslanov qeyd edib ki, Lənkəran-Lerik avtomobil yolunda uçqun və sürüşmə sahələrində də genişlənmələr müşahidə edilir.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed