Şrift:
İraq hərbçiləri Kərkük şəhərinə nəzarəti tam bərpa ediblər
17.10.2017 [11:15] - Xəbərlər, Türk dünyası-Turan
İraqın hökumət qüvvələri Kərkük şəhərinə (eyni adlı vilayətin inzibati mərkəzi) nəzarəti geri qaytarıblar. Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Şəhər administrasiyasının binası üzərində İraqın milli bayrağı qaldırılıb. Federal polis dəstələri əməliyyat zamanı müqavimətlə qarşılaşmayıblar. Əməliyyatların detalları barədə məlumat verilmir.

Bazar ertəsi günü səhər İraqın Baş naziri hərbçilərə rəsmən Kürdüstan regional vilayətinə daxil olmayan, amma faktiki olaraq hərbiləşdirilmiş “peşmərgə” kürd birləşmələrinin nəzarətdə saxladıqları Kərkük vilayətində təhlükəsizliyi və sabitliyi bərpa etmək tapşırığı vermişdi. Bağdadın təsdiqlədiyinə görə, əməliyyat zamanı vilayətdəki ən böyük hərbi bazanı, yerli aeroportu, həmçinin bir neçə neft-qaz strukturunu, o cümlədən İraq dövlət şirkətinə məxsus yataqları və neft emalı zavodunu mərkəzin nəzarətinə qaytarmaq mümkün olub.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed