17.10.2017 [11:17] - Gündəm, Türk dünyası-Turan
"Kərkükdə yeni üsul-idarə tətbiq olunması üçün İraq mərkəzi hökuməti ilə danışıqlar aparırıq”.
Bu sözləri Açıqlamasında İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi deyib.
Kərkükdə yaranmış vəziyyətlə bağlı sualı Ə. Salehi belə cavablandırıb: "Hazırda Kərkük şəhərimiz tamamilə İraq ordusunun və federal polisinin nəzarətindədir. Peşmərgələr buradan uzaqlaşdırıldı. Ordu və federal polis neft şirkətinə və başqa dövlət müəssisələrinə də əl qoyub. Şəhərdə gərginlik hələ də davam edir. Şəhərə gəlmiş PKK terrorçuları hələ də müqavimət göstərməyə çalışsalar da, İraq ordusu və federal polis bir neçə saat içində onları da Kərkükdən tamamilə təmizləyəcək”.
Türkmənlərin durumu barədə suala cavab verən Ə. Salehi bildirib ki, bir neçə evə peşmərgələrin atdığı raketlər düşüb: "Türkmən Cəbhəsinin komandanlarından biri şəhid oldu, bir neçə yaralımız var. Bu sıxıntılı dönəmi keçmək üçün xalqımızı sakit olmağa dəvət etmişəm. Kərkükdə yeni üsul-idarə yaradılması və yeni vali təyin edilməsi üçün İraqın mərkəzi hökumətiylə danışıqlar aparırıq. Ən yaxın müddətdə danışıqları başa çatacaq və Kərkükdə yeni üsul-idarə fəaliyyətə başlayacaq”.

Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |