17.10.2017 [11:19] - Gündəm, Türk dünyası-Turan
Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 17-də Tbilisidə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akarla görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi qeyd olunub.
Z.Həsənov bildirib ki, bu gün iki ölkə arasında hərbi sahədə, təhsildə, hərbi təlimlər və digər məsələlərdə birgə əməkdaşlıq yüksək səviyyədədir: "Bu da dövlətimizin başçıları tərəfindən də yüksək qiymətləndirlir. Bizim üçtərəfli – Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı öz müsbət bəhrəsini verir. Biz birlikdə daha böyük işlər görəcəyik.
Azərbaycan ilə Türkiyə iki qardaş ölkədir. Bizim birgə əməkdaşlığımız, xüsusən də enerji və digər infrastruktur layihələrin təhlükəsizliyinin qorunmasında birgə əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir".
Z.Həsənov Türkiyə ilə birgə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əmin olduğunu söyləyib. O, Türkiyə dövlətinin də dostluq və qardaşlıq əlaqələrimizin inkişafına eyni münasibətinin olmasından məmnunluğunu ifadə edib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin həllinin və Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini bildirib.
Söhbət zamanı hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi təhsildə təcrübə mübadiləsi, birgə hərbi təlimlərin keçirilməsi, regionda və dünyada gedən proseslər, separatizmə və terrorizmə qarşı birgə mübarizə və digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |