17.10.2017 [11:28] - Türk dünyası-Turan
26 ildir ki, müstəqillik tarixi olan Qırğızıstanda ilk dəfə hakimiyyət dinc şəkildə ötürüləcək. Çoxsaylı narahatlıqlara baxmayaraq, dünən baş tutan seçkilər sülh şəraitində keçdi və səslərin 97%-nin toplanmasından sonra əsas namizəd, keçmiş baş nazir, iqtidarın dəstəklədiyi Sooranbay Jeenbekov prezident oldu.
Yeni qırğız prezidentin tərcümeyi-halını təqdim edirik.
Sooranbay Jeenbekov 1958-ci ildə Oş vilayətinin Qara-Kulcin rayonunun Qara Kulca kəndində doğulub. O, 1983-cü ildə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunun “zoomühəndis” fakültəsini bitirib.
Təhsil müddətində həm də məktəbdə rus dili və ədəbiyyatı müəllimi kimi çalışırdı. Diplom aldıqdan sonra “Şura” adlı sovxozda zoomühəndis işinə başlayıb. Daha 5 il burada çalışdıqdan sonra 1988-ci ildə 30 yaşlı Jeenbekov siyasətlə məşğul olmağa başlayıb.
Ölkədə qohum nəsillərin rolu çox vacib olduğu üçün Sooranbay Jeenbekov daim adigine nəslinə mənsub olduğunu bildirərək, avtoritetinə əlavə nüfuz qazandırıb.
Jeenbekovların klanı Qırğızıstanın cənubunda böyük nüfuza malikdir. Onun atası Böyük Vətən Müharibəsində döyüşüb və müharibədən sonra Oş vilayətində yüksək vəzifələrdə çalışaraq 10 övlad böyüdüb.
Yeni prezidentin 7 qardaşı və 2 bacısı da ölkədə səfir postundan deputata qədər müxtəlif önəmli vəzifələr tutublar. Sooronbay Jeenbekovun həyat yoldaşı və övladları ilə bağlı informasiya da çox azdır. Məlumdur ki, Jeenbekovun həyat yoldaşının adı Aygüldür.
Cütlüyün 1 oğlan və 1 qız övladı var. Yeni prezident mətbuatla danışmağı sevmir, şəxsi həyatını nümayiş etdirmir.
Sooronbay Jeenbekov Qırğızıstan Sosial-Demokrat Partiyasının yaradıcılarından biridir. Partiyanın hazırki lideri isə prezident Almazbek Atambayevdir. Məhz bu səbəbdən rəqibləri onu iqtidarın namizədi adlandırır və qələbəni yalnız hakim partiyanın resursları hesabına qazandığını deyir.
Sooronbay Jeenbekovun şəxsi Youtube kanalı var. 1247 şəxsin üzv olduğu kanalda siyasətçini təbliğ edən videolara orta hesabla 3 min baxış sayı olur.
Sooronbay Jeenbekov ilk siyasi karyerasını öz nəslinin bütün nümayəndələri kimi Qırğızıstan Kommunist Partiyasında qurub. O sonralar Oş vilayətində Partiya komitəsinin katibi, sovxoz direktoru və kolxoz sədri kimi önəmli vəzifələr tutub.
1995-ci ildə siyasətə gələn gələcək prezident 2000-2005-ci illərdə spikerin müavini olub. 2007-ci ildə isə Jeenbekov kənd təsərrüfatı naziri təyin olunub. 2010-cu ildə Oş şəhərinin qubernatoru olan, 2015-ci ildə isə Qırğızıstan Dövlət Kadrlar Xidmətinə başçılıq etməyə başlayan Jeenbekov növbəti il baş nazir postuna təyinat alıb. Parlament onun namizədliyini təsdiqlədikdən sonra siyasətçi baş nazir olacağını yuxusunda belə, görmədiyini deyib.
2017-ci ilin avqustunda prezidentlik uğrunda mübarizəyə qoşulmaq üçün baş nazir postundan gedən Jeenbekov prezident seçilərsə, bütün çoxmillətli Qırğızıstanın onun ailəsi olacağını deyib.
Sooranbay Jeenbekovun əmlak bəyannaməsində onun 160 kvadrat metr sahəyə malik evi, şəhər kənarında villası (60 kvadrat metr), 48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ticarət mərkəzləri, vaqon-evi və 1700 alma ağacından ibarət 5 min sot torpağı göstərilib.
Daşınan əmlak kimi isə Jeenbekov MT3-80 traktorunu göstərib. Dövlət başçısı xərclər qrafasını boş saxlayıb.

Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |