Şrift:
Mehrdad Cəlalifər ETTELAAT-a köçürülüb
31.05.2012 [15:06] - Güney Azərbaycan xəbərləri
Güney azərbaycanlı öyrənci fəal Mehrdad Cəlalifər Urmu şəhəri ETTELAAT-nın (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına köçürülüb.

Cəlalifər bir neçə gün qeyri-müəyyən vəziyyətdə saxlanıldıqdan sonra Urmunun mərkəzi zindanından ETTELAAT idarəsinə köçürülüb.



Qeyd edək ki, mayın 21-də (xordadın 1-də) kütləvi etirazlar zamanı Güney Azərbaycanın Urmu şəhərində həbs olunub və sonra sərbəst buraxılan öyrənci fəal bir neçə gün öncə yenidən həbs olunub. O, mayın 27-də (xordadın 7-də) mobil telefonunu geri almaq üçün Urmunun mərkəzi zindanına müraciət etdiyi zaman, mülki vəsiqənin yetərli dəyərdə olmaması bəhanəsi ilə yenidən saxlanılıb.



Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı öyrənci fəal Urmu universitetinin öyrəncisi və Günəş öyrənci dərgisinin müdir-məsuludur. O, əslən Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərindəndir.
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed