17.10.2017 [11:40] - Xəbərlər, DAVAMın yazıları
Yazının əvvəlini bu linkdən oxuyun
Sovet hakimiyyəti qüvvətləndikcə bolşevik mərkəzindən müsəlman kommunistlərinə qarşı ideoloji mübarizə güclənirdi. Onlar proletar həmrəyliyinə zidd olan müxtəlif həmrəylik hərəkatlarında ittiham olundular. Pantürkizm, panturanizm və panislamizm kimi ittihamlar baş alıb gedirdi. Lakin istər pantürkizm, istər də panislamizm ideyalarına verilən mürtəce məna tam əsassız idi. Pantürkist və panislamist deyə ittiham edilən siyasətçilər o sözə verilən mürtəce mənadan çox uzaq idilər. Onlar sadəcə türk xalqları arasında həmrəyliyin tərəfdarı idilər. Hətta bolşevik ideyalarına sadiq qalan siyasətçilər də kommunizm, sosializm ideyalarını öz xalqlarının real həyatı ilə uzlaşdırmaq məqsədi güdürdülər. Onlar inqilabi həyata sinfi mübarizədən keçərək gəlməmişdilər, əksinə, inqilabi mübarizə onları milli azadlıq yolundan keçirərək sosializm ideyalarına gətirib çıxarmışdı. Müsəlman xalqları çox geridə qalmışdılar. Ona görə də pantürkizm və panislamizm ideyalarını daşıyan ziyalılar belə hesab edirdilər ki, ancaq dil və din həmrəyliyinin yaranacağı təqdirdə bu gerilik qısa müddətdə aradan qaldırıla bilər. Tanınmış sovetoloqlar olmuş A.Benniqsenin, Ş.Lemerse-Kelkejenin və S.Uimbişin də yazdıqlarına görə milli təmayüllü kommunistlər sadəcə sosializmə gedən “rus yolu” ilə “Şərq yolu”nun fərqlərini aydınlaşdırmağa və sosializmin prinsiplərini müsəlman xalqlarının iqtisadi, siyasi, tarixi, sosial və hətta dini şəraiti ilə uzlaşdırmağa çalışırdılar. A.Benniqsen və Ş.Lemerse-Kelkeje belə hesab edirlər ki, Sultanqaliyev və onun həmfikirləri bu vəzifələri yerinə yetirmək üçün müsəlmanların kommunist hərəkatının müstəqil inkişafını yaratmaq fikrində idilər. 1918-ci ildə Rusiyanın müsəlman kommunistlərinin qurultayının keçirilməsində məqsəd müsəlman kommunistlərinin muxtar səlahiyyətli olması idi. Məqsəd Müsəlman Kommunist Partiyasını yaratmaq və onu Rusiya Kommunist Partiyası ilə federativ əsaslarla birləşdirmək idi. Qurultayın bir çox üzvü Rusiya Kommunist Partiyasının sıralarından çıxıb yeni təşkil olunan partiyanın üzvlüyünə daxil oldular. Qurultayın qərarları Sovet rəhbərləri tərəfindən ciddi narazılıqla qarşılandı.
O dövrdə panislamizm və pantürkizm məfhumları daha çox müstəmləkə vəziyyətində olan, istismar olunan xalqların həmrəyliyi demək idi. Buna görə də Rusiyada fəaliyyət göstərməkdə olan müsəlman “milli təmayüllü kommunistlər” bir çox dünya alimləri tərəfindən sonralar inkişaf etməkdə olan üçüncü dünyanın görkəmli xadimlərindən sayıldılar. Dünya proletariatının həmrəyliyi kommunistlərin aparıcı siyasi şüarı idi. Həmrəylik məfhumu burjua partiyalarına nisbətən sosialistlərdə daha geniş inkişaf etmiş fikir idi.
Milli təmayüllü kommunistlərdə bəzən həmrəylik hissi elə kommunist ideyasının öz inkişafından doğurdu. Müsəlman kommunistləri həmrəylik fikrini əsas götürüb onu daha çox din və dil birliyində həmrəyliyə yönəldirdilər. Məsələn, Azərbaycanda Nəriman Nərimanovun başçılığı ilə sovet hakimiyyəti qurulandan sonra Sultanqaliyev dünya müsəlmanları arasında sosialist ideyalarının daha sürətlə yayılmasının reallığını qiymətləndirmişdir. Müsəlman kommunistlər, sosialist inqilabının Şərqə doğru inkişafına tərəfdar idilər. Onların fikrincə, inqilab Şərqə doğru inkişaf edərdisə, Rusiyanın müsəlman xalqları daha qüvvətli ola bilərdi. Sultanqaliyev müsəlman dünyasını kommunist ideologiyasına meylli sayırdı. Onun fikrincə, İslamın spesifik keyfiyyətləri bu ideologiyanın yayılması üçün zəmin yaradırdı. Müsəlman kommunistlərindən N.Nərimanov, M.Sultanqaliyev, T.Rıskulov, Narbutabekov və b. öz fikirlərini 1920-ci ilin iyununda Moskvada keçirilən Kominternin II konqresində və Bakıda keçirilən Şərq xalqlarının I qurultayında bildirdilər. Lakin bu fikirlər qurultaya rəhbərlik edən Kominternin başçıları Zinovyev, Radek və Bela Kun tərəfindən rədd olundu. Beləliklə, Rusiyanın milli təmayüllü kommunistlərinin əsas problemi onların mərkəz tərəfindən başa düşülməmələri idi.
Sosializm ideyaları isə öz növbəsində Şərqə doğru inkişaf etməkdə idi. 1920-ci ildə Türkiyə, İran, Misir, hətta Yava adasında (İndoneziya) sosialist yönümlü partiyalar yaransa da, dini, milli və digər yerli xüsusiyyətlər ucbatından bolşevizmə əsaslanan dövlətlər qurulmadı. Geniş xalq kütlələri bolşevizmi qəbul etmədilər. Moskvada yaranmış Şərq zəhmətkeşlərinin Kommunist Universitetində dərs deyən bir sıra şərqçi kommunistlərin - N.Nərimanov, T.Rıskulov, Əhməd Baytursun və hindli Mobendra Nat Royun səyləri nəticəsində bura “millətçi-kommunistlərin” toplantı yerinə çevrilmişdi. Bütün maneələrə baxmayaraq, milli həmrəylik düşüncəsi bolşevik Rusiyasında inkişaf etməkdə idi.
Müsəlman respublikalarında milli dilin inkişafına bolşeviklər tərəfindən verilən icazə bir çox hallarda milli maraqlardan daha çox siyasi maraqlardan irəli gəlirdi. Bolşeviklər yerlərdə fəhlələrlə kəndlilər arasında lazımi həmrəylik yarada bilmirdi. Kəndlilər sanki inqilabdan və inqilabi təbliğatdan kənarda qalmışdı. Şəhərlərdə yaşayan fəhlələr rus dilini zəif də olsa bilirdilər. Müsəlman kəndlilər isə bu bilikdən tam məhrum idilər. Kənd sovetləşəndən və torpaq məsələsi Stalinin istədiyi kimi həll olunandan sonra kəndlinin siyasəti bilib-bilməməyi yəqin boşeviklər üçün artıq heç bir məna kəsb etmirdi. Bu səbəbdən də milli dilin, milli kadrların geniş inkişafı öz siyasi əhəmiyyətini itirmişdi. Müqayisə üçün deyək ki, Krım-Tatar Respublikasının 1939-cu illərdə dövlət aparatlarında çalışan milli kadrlar 20-ci illərə nisbətən bir neçə dəfə azlıq təşkil edirdi.
Xalqı milli təmayüllü kommunistlərə qarşı qaldırmaq, əslində süni və uydurma olan “ümumxalq” mövqeyini formalaşdırmaq məqsədi ilə Stalin məşhur “Sultanqaliyev əksinqilab təşkilatı”nın fəaliyyəti haqqında sənədlərin toplanmasını tapşırdı. Araşdırma göstərir ki, həqiqətən də Sultanqaliyev milli təmayüllü kommunist olmuşdur. Onun milli maraqlar mövqeyindən irəli sürdüyü tələb Rusiyada mövcud olan türk xalqlarına muxtariyyət deyil, müttəfiq respublika statusunun verilməsi idi. O, Orta Asiya müsəlmanlarını əhatə edən Türküstanın muxtar deyil, müttəfiq respublika statusunda olmasını təklif edirdi. Sonralar o, SSRİ-də dörd türk respublikasının yaradılmasının tərəfdarı idi: Ural-Volqa respublikası, Qafqaz federasiyası, Turan respublikası və Qazax respublikası. Bu fikir mənşəcə türk olan bir çox milli təmayüllü kommunistlərin düşüncələri ilə üst-üstə düşürdü. 1928-1929-cu illərdə Sultanqaliyevin tərəfdarları kimi bir qrup kommunist xarici pantürkist təşkilatları ilə əlaqədə təqsirləndirilərək həbs olundu.
Müsəlman milli təmayüllü kommunistlər ilə Rusiyanın başqa xalqlarından olan milli təmayüllü kommunistlərin arasında bir fərq var idi: ukrain, gürcü, erməni milli təmayüllü kommunistlər ancaq öz xalqlarının yollarını müəyyənləşdirərək azadlığı öz xalqları üçün görürdülər, müsəlman milli təmayüllü kommunistlər isə bütün müsəlman şərqinin azadlığını düşünürdülər. Müsəlman milli təmayüllü kommunistlərin Şərq inqilabı barədə formalaşmış mövqeləri var idi. Onların fikrincə, bu inqilab ilk əvvəl milli-azadlıq, yəni hər hansı xarici asılılıqdan azad olmaq məqsədi güdməli idi. Bu inqilab sosial xarakter daşımalı, yerli istismarçılara, xurafat meylli dindarlara qarşı yönəlməli idi. Əgər milli azadlıq inqilabı ilə sosialist inqilabı arasında ziddiyyət əmələ gələrdisə, milli təmayüllü kommunistlər milli azadlığı sosial azadlıqdan daha önəmli sayardılar.
Bir çox respublikalarda kommunistlər arasında milli təmayülçülük kollektiv xarakter daşıyırdı. Kommunist Partiyasının VII Tatarıstan vilayət konfransında tatar kommunistləri tərəfindən kollektiv şəkildə milli təmayüllü qərarlar qəbul olundu. Bu qərarlarda icra aparatlarının yerli müsəlman əhalisi hesabına formalaşması və dövlət strukturlarının yerli qeyri-proletar ünsürlərdən təmizlənməsi haqqında mərkəzin göstərişlərinin rədd edilməsi tələb olunurdu. 1923-cü ildə partiyanın VIII konfransında mərkəzə qarşı siyasi müharibə elan edən Tatarıstan artıq 1924-cü ildə vilayət partiya təşkilatının IX konfransında barışdırıcı mövqedən çıxış etdi. Konfransda qəbul olunan qərarda deyilirdi ki, millətçi türklər öz mövqelərinə bəraət qazandırmaq üçün rus şovinizmini uydurmuşlar. Amma bu qərar da tatar milli təmayüllü kommunistlərinin qabağını saxlamadı. 20-ci illərin ikinci yarısında Tatarıstanın 10 nəfər xalq komissarı Moskvaya gedərək Tatarıstanın mənşəcə rus olan vəzifəli adamlarını tatar xalqına zidd siyasətdə ittiham edən şikayətlər etdilər). Mərkəzi hökumət bu şikayəti özünəməxsus şəkildə həll etdi. Sonralar 1929-cu ildə Tatarıstanda fəaliyyətdə olan “Tatarşünaslıq” mərkəzi ləğv olundu.
Qeyd edək ki, N.Nərimanov milli təmayüllü kommunist kimi Azərbaycanda belə fikir birliyinə kütləvi şəkildə nail ola bilməmişdi. Krımda da milli təmayülçülük mövcud idi. 20-ci illərdə Krım Muxtar Sovet Sosialist Respublikası bolşevik hakimiyyətinin ən qabaqcıl türkdilli respublikalarından idi. 1921-ci il oktyabrın 8-də Ümumrusiya MİK “Krım Sovet Sosialist Respublikası haqqında” əsasnaməni təsdiq etdi. On gün sonra Krım MSSR yaradıldı. 1922-ci ildə Krım Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti Krımın dövlət aparatının və dövlət dilinin “tatarlaşdırılması” haqqında xüsusi qərar qəbul etdi. Bu məqsədlə Qavenin Mərkəzi İcraiyyə Komitəsinin sədri, Firdevs, Memetov, İdrisovun üzv; Deren-Ayerlının Xalq Komissarları Sovetinin sədri Ozenbaşlı, Buluşev, Noqayev, Kipçakskiy, Xattatov, Odabaş, Çapçıkçi, İsxakov, Ayvazov, Səttarov, Müslümov, Yaqyev, M.N.İbrahimov, V.İbrahimovun üzv olduqları bir vaxtda geniş səlahiyyətli xüsusi dövlət komissiyaları, büroları və komissarlıqların kollegiyaları təşkil olundu. Bu siyahıda Bəkir Çobanzadə də var idi. O, bir müddət Krım Muxtar Respublikasında Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsində çalışmışdı. Sonralar Azərbaycanda dilçilik elmi sahəsində fəaliyyət göstərmişdi. 30-cu illərdə isə Bakıda həbs olunaraq güllələnmişdi. Bu siyasətçilər tatar mənşəli şəxslərin vəzifələrə irəli çəkilməsini, dövlət sənədlərinin, möhür və blankların tatar dilində tərtib olunmasını, qanunlar toplusunun tatar dilinə tərcümə edilməsini, təbliğat və təşviqat sənədlərinin tatar dilində tərtib olunmasını, əhali tərəfindən göndərilən ərizələrin tatar dilində qəbul olunmasını şərt qoymuşdular. Qəbul olunan qərarlar arasında mərkəzdən Krıma yüksək vəzifələrə göndərilən şəxslərin geri çağırılması, vətəndaş müharibəsi dövründə Türkiyə və Balkanlara mühacirət edən Krım tatarlarının vətənə dəvət edilməsi, fəaliyyəti ancaq Krımla məhdudlaşan xüsusi hərbi bölmələrin yaradılması irəli sürülürdü. Komissiya üzvləri əhali ilə görüşür və xüsusi toplantılar keçirirdilər. Bu tədbirlərin bəziləri həyata keçirilsə də, çoxuna mərkəz razılıq vermədi.
Milli təmayülçülərlə mübarizə o dövrdə sovet hakimiyyəti üçün çox səciyyəvi idi. Stalin bu hərəkata qarşı qəddarcasına mübarizəyə girişmişdi. Lenin isə deyirdi ki, yerli milli təmayüllü kommunist hərəkatı rus şovinizminin məhsuludur və hətta onu da qeyd edirdi ki, qeyri millətlərdən dönüb ruslaşanlar həmişə ruslardan daha ruspərəst olurlar. Lakin Leninin belə açıq-aşkar verdiyi bəyanatlardan Stalin ibrət almırdı. Sonralar Stalin SSRİ-nin rəhbəri olarkən rus şovinizminə qarşı barışdırıcı mövqe tutdu, milli təmayülçülüyü isə milli burjuaziyaya qulluq edən kimi qiymətləndirərək ona qarşı barışmaz mövqe tutdu. Lenin Stalinə müraciət edərək deyirdi ki, başqalarını milli təmayülçülükdə ittiham edən kəs əslində Proletariatın sinfi həmrəylik maraqlarını kobud şəkildə pozur. “Təmayülçülük” məfhumunun mövcudluğu bir daha sübut edir ki, bu meyl məhz rus şovinistlərində vardır.
Sovet hakimiyyəti yaradılandan sonra milli məsələlər daha kəskin vəziyyətdə inkişaf etməyə başladı. Stalin hər iki tərəfə - “sağlara”, “sollara”, “şovinistlərə”, “yerli millətçilərə” qarşı eyni vaxtda mübarizə aparmağın vacibliyini qeyd etsə də, mübarizəni ancaq milli respublikalarla aparırdı. Frunze isə Stalinə müxalif mövqe tutaraq qeyd edirdi ki, əsas mübarizə problemi rus şovinizmi olduğu halda, yerli şovinizmə qarşı mübarizə şişirdilir. Stalinin qəddarlığı tək milli məsələlərdə özünü göstərmirdi. Stalin özünü milli məsələlərdə mütləqi-hakim sayırdı. Ola bilsin ki, ətrafındakılar da onu belə hesab edirdilər. Yəqin bu ondan irəli gəlirdi ki, Stalin qeyri-rus millətinin nümayəndəsi kimi bu xalqların psixologiyasına yaxşı bələd olduğunu göstərmək istəyirdi. Şaumyan da özünü milli məsələlər üzrə mütəxəssis kimi qələmə verərək bolşeviklərin azərbaycanlılara və ermənilərə qarşı ikili standartlara əsaslanan siyasətini formalaşdırırdı. Stalini tez-tez milli məsələlərdə mütəxəssis kimi Şaumyanla müqayisə edirdilər. Stalin isə nə bu müqayisəni, nə də Şaumyanı sevirdi. Şaumyanın oğlu Suren Şaumyan Stalini Bakı Kommunasına yardım göstərməyi gecikdirdiyinə görə ittiham edirdi. 1918-ci ilin oktyabr ayında Stalin “Pravda” qəzetində çap edilmiş “Oktyabr çevrilişi və milli məsələ” adlı məqaləsində “Bütün hakimiyyət zəhmətkeş xalqa” şüarına verilən yeni mənanı xarici qüvvələrin Rusiyanın daxili işlərinə qarışması, Ukraynada və Cənubi Qafqazda yaranan milli hökumətlərin “əksinqilabi” mahiyyəti ilə izah edirdi. Stalinin sinfi mübarizədə başqalarından daha qəddar olduğu bütün problemlərin həllində özünü büruzə verirdi. Hələ 1919-cu ildə bolşeviklərin ordu quruculuğunun ən ağır vaxtlarında Trotski və Lenin (onların variantı “hərbi mütəxəssis” adlanırdı) çar zabitlərini ordu quruculuğuna cəlb etməyin tərəfdarları kimi, Stalin (onun variantı “hərbi müxalifət” adlanırdı) isə onun əleyhinə çıxış edirdi. Məsələ partiyanın VIII qurultayında müzakirə edildi. Nəticədə Lenin-Trotski variantı qəbul olundu.
P.S. Yazı Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” əsərindən götürülüb.
Yazının davamını bu linkdən oxuyun

Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |