31.05.2012 [15:43] - Güney Azərbaycan xəbərləri
İranda 5 Azərbaycan vətəndaşı həbs olunub. İRİB-in məlumatına görə, bunu Gilan valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Qulamrza Rizvani bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları vilayət ərazisində tutulublar: “Cinayətkarlar hər yerdə ola bilər. Biz qonşu ölkələrlə qonşuluq prinsipləri ilə davranmaq istəyirik. Həbs olunan bu şəxslər narkotik qaçaqmalçılığı ilə məşğul olub və lazımi tədbirlər görüldükdən sonra saxlanılıblar”.
Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |